Məzmuna keçin
Qarabağ Universitetinin Klinikası yerləşdirilib

Əməliyyatxana tibb bacısı

Şəhər
Xankəndi
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifənin təsviri:

Əməliyyat otağının əməliyyata hazırlanmasını və steril şəraitin təmin edilməsini təşkil etmək.

Cərrahi alət və materialların düzgün hazırlanmasına və saxlanmasına nəzarət etmək.

Əməliyyat zamanı cərraha və komandaya operativ şəkildə dəstək vermək.

Steril sahənin qorunmasını təmin etmək və aseptika qaydalarına riayət etmək.

Pasiyentin əməliyyata hazırlanmasında iştirak etmək (mövqeləndirmə, təhlükəsizlik yoxlamaları və s.).

Əməliyyat zamanı istifadə olunan materialların qeydiyyatını aparmaq.

Əməliyyatdan sonra alətlərin sayımını və düzgün təhvil-təslimini təmin etmək.

Tibbi sənədləşməni və hesabatları aparmaq.

Əməliyyat otağında təhlükəsizlik və gigiyena standartlarına əməl olunmasına nəzarət etmək.

Tələblər:

Tələblər

  • Tibb bacısı ixtisası üzrə ali və ya orta ixtisas təhsili
  • Sterilizasiya və aseptika qaydaları üzrə biliklər
  • Cərrahi alətlər və prosedurlar haqqında anlayış
  • Yüksək məsuliyyətlilik və diqqətlilik
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı
  • Komandada işləmə və effektiv ünsiyyət bacarıqları

Üstünlük hesab olunur

  • Əməliyyatxana və ya cərrahiyyə sahəsində iş təcrübəsi arzuolunandır

Oxşar elanlar

Bütün Xankəndi vakansiyaları →