Backend Developer C# üzrə təcrübə proqramı

İşin təsviri

Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində Backend Developer C# üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər İT sahəsində ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!

Proqram haqqında:

  • Müddət : 3 ay
  • Sahə : Backend Developer C#

Təcrübə nələri əhatə edir:

  • Peşəkar təlimlər (nəzəri və praktiki)
  • Baş ofisdə real təcrübə imkanı
  • Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
  • Korporativ iş prinsipləri ilə tanışlıq
  • Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti

Tələblər

Proqram iştirakçılarına nə təklif olunur:

  • Təyin olunmuş aylıq ödəniş
  • Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
  • Gəlcək iş imkanları üçün real zəmin

Kimlər müraciət edə bilər:

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli ixtisas üzrə yeni məzun olanlar ;
  • Backend C# proqramlaşdırılmasına maraq və bu sahədə inkişaf həvəsi;
  • C# proqramlaşdırma dili üzrə baza bilikləri üstünlükdür;
  • .NET/ .NET Core platforması haqqında ilkin biliklər;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və ünsiyyət bacarığı;
  • Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
  • Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
  • Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

Gələcəyini Rabitəbank ilə qur – indi başla !