Bank Proqramları Departamenti , Proqramlara dəstək şöbəsi – Proqramçı

İşin təsviri

Rabitəbank” ASC Bank proqramları departamentinin Proqramlara dəstək şöbəsində Proqramçı vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri: 

  • Mövcud proyektlərə dəstək göstərilməsi;
  • Tələb olunan kiçik sorğuların hazırlanması;
  • Telefonla, skype-la və email ilə departamentlərdən və filiallardan gələn müraciətləri araşdırmaq və cavablandırmaq.

Tələblər

  • SQL üzrə biliklər, Oracle verilənlər bazası ilə işləyə bilmək;
  • Eyni anda bir neçə tapşırıq üzrə işləmə bacarığı və stresə davamlılıq;
  • Komandada işləmə bacarığı;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı.