İşin təsviri
- Bankın mikro və aqrar yönümlü kredit portfeli üzrə monitorinq fəaliyyətlərinin icrasında iştirak etmək
- Kredit sənədlərini ilkin olaraq təhlil etdikdən sonra müştərilərlə telefon vasitəsilə əlaqə qurmaq, zəruri hallarda filial səfərlərini həyata keçirmək
- Mikro və aqro kreditlərin bankın daxili siyasət və prosedurlarına uyğunluğunu yoxlamaq
- Kredit portfeli üzrə mövcud və potensial riskləri müəyyən etmək, risklərin minimuma endirilməsi məqsədilə əsaslandırılmış rəy və tövsiyələr təqdim etmək
- Aparılmış monitorinqlərin nəticələri əsasında ətraflı analitik hesabatlar hazırlamaq
- Bank əməkdaşları və müştərilərlə peşəkar və etibarlı işgüzar münasibətləri formalaşdırmaq və qorumaq
Tələblər
- Banklarda və ya mikro maliyyə institutlarında biznes kreditləri və ya daxili nəzarət istiqaməti üzrə, kredit proseslərinin monitorinqi sahəsində minimum 1 il iş təcrübəsi
- Ali təhsil
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili biliyi üstünlükdür
- Güclü analitik düşünmə və məlumatları sistemli şəkildə təhlil etmə bacarığı
- MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə işləmə bacarığı
- Kreditlərin verilməsi və tənzimlənməsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələbləri barədə biliklər
- Yeniliklərə açıq olmaq, davamlı inkişafı təşviq edən yanaşma və təşəbbüskarlıq
- Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv işləmək bacarığı