İşin təsviri
Təsvir
- Yeni kart məhsulları və servisələrinin hazırlanması və istifadəyə verilməsi layihələrində iştirak;
- Kart biznesinin inkişafı üzrə layihələrin müşayiəti;
- Ödəniş sistemləri prosessinq mərkəzləri və daxili struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq;
- Kart məhsulları və servislərinin sazlanması, test edilməsi və düzgün işləməsinin yoxlanılması;
- Kart əməliyyatlarının monitorinqi, səhvlərin aşkar olunması və aradan qaldırılması;
- Hesabatların, analitik məlumatların və texniki sənədlərin hazırlanması;
- Yeni funksionallıqların tətbiqi və mövcud proseslərin təkmilləşdirilməsində iştirak;
- Məhsulların ödəniş sistemlərinin tələblərinə və daxili prosedurlara uyğunluğuna nəzarət;
- Kart istiqaməti üzrə inteqrasiya və texniki layihələrdə iştirak.
Tələblər
- Kart biznesi və ya kart məhsulları sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Bank kartlarının, prosessinqin və ödəniş sistemlərinin iş prinsiplərini bilmək;
- Beynəlxalq Ödəniş Sistemləri və prosessinq mərkəzləri ilə iş təcrübəsi;
- Kart servislərinin test edilməsi və əməliyyatların analizi üzrə təcrübə;
- Hesabatların hazırlanması və böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Excel proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Azərbaycan və ingilis dili vacib, rus dili arzuolunandır;
- Komandada işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı.