Korporativ Müştərilərə Xidmət Sahəsi üzrə Təcrübə Proqramı

İşin təsviri

Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində Korporativ Müştərilərə Xidmət Sahəsi üzrə Təcrübə Proqramı 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!

Proqram haqqında:

  • Müddət : 3 ay
  • Sahə : Korporativ Müştərilərə Xidmət Sahəsi

Təcrübə nələri əhatə edir:

  • Peşəkar təlimlər (nəzəri və praktiki)
  • Baş ofis və filiallarda real təcrübə imkanı
  • Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
  • Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq
  • Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti

Tələblər

Proqram iştirakçılarına nə təklif olunur:

  • Təyin olunmuş aylıq ödəniş
  • Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
  • Gəlcək iş imkanları üçün real zəmin

Kimlər müraciət edə bilər:

  • Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
  • Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
  • Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
  • Ünsiyyətqurma bacarığı yaxşı olan namizədlər
  • Problemləri həll etmə bacarığı
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyətinə malik olmaq

Gələcəyini Rabitəbank ilə qur – indi başla !