İşin təsviri
Ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.
Əsas vəzifələr
- Bankın kredit və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının həyata keçirilməsi;
- Kredit portfelinin keyfiyyətinin, risk konsentrasiyalarının və risk trendlərinin təhlili;
- Kredit portfeli üzrə gecikmələr, problemli kreditlər, restrukturizasiya edilmiş kreditlər və konsentrasiya risklərinin monitorinqi;
- Kredit risk göstəricilərinin (KRI) hazırlanması, monitorinqi və hesabatlarının tərtib edilməsi;
- Risk İştahası Bəyannaməsində (RAS) müəyyən edilmiş kredit və bazar risk limitlərinin izlənilməsi və pozuntuların araşdırılması;
- Faiz dərəcəsi riski, valyuta riski və likvidlik riskləri üzrə təhlillərin aparılması;
- Duration Gap, Repricing Gap, Valyuta Açıq Mövqeyi, NII və EVE həssaslıq analizlərinin aparılması;
- Stress-testlərin və ssenari analizlərinin hazırlanması və nəticələrinin qiymətləndirilməsi;
- Kredit məhsulları, investisiya alətləri və yeni biznes təşəbbüsləri üzrə risk rəylərinin verilməsi;
- Kredit risk modellərinin, skorinq sistemlərinin və erkən xəbərdarlıq indikatorlarının (EWS) effektivliyinin qiymətləndirilməsi;
- Kredit və bazar risklərinin idarə olunması üzrə siyasət, metodologiya və prosedurların hazırlanması və təkmilləşdirilməsi;
- AR Mərkəzi Bankının prudensial tələbləri və Basel prinsiplərinə uyğun hesabatların hazırlanmasında iştirak;
- Daxili audit, xarici audit və tənzimləyici yoxlamalar çərçivəsində təqdim olunan tövsiyələrin icrasının izlənilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Statistika, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə ali təhsil
- Bank və ya maliyyə institutlarında kredit riskləri, bazar riskləri, anderrayter və ya portfel idarəçiliyi ; sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Risk modelləşdirilməsi üzrə təcrübə üstünlük hesab olunur;
- Kredit və bazar risklərinin idarə olunması prinsipləri üzrə biliklər;
- Kredit portfeli analitikası, konsentrasiya riskləri, PD, LGD, EAD və ECL anlayışları üzrə biliklər;
- FRS 9 üzrə əsas anlayışlar və kredit ehtiyatlarının formalaşdırılması prinsipləri;
- Faiz dərəcəsi riski (IRRBB), valyuta riski və likvidlik risklərinin ölçülməsi metodologiyaları;
- Duration, Macaulay Duration, Modified Duration, GAP analizi, VaR və stress-test metodologiyaları üzrə biliklər;
- Maliyyə hesabatlarının və prudensial göstəricilərin təhlili bacarığı;
- Basel prinsipləri və AR Mərkəzi Bankının risklərin idarə olunması üzrə normativ tələbləri haqqında biliklər;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- SQL, Power BI, Python üzrə biliklər üstünlük hesab olunur;
- Bank və ya maliyyə institutlarında kredit riskləri, bazar riskləri, anderrayter və ya portfel idarəçiliyi sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Risk modelləşdirilməsi üzrə təcrübə üstünlük hesab olunur.
- Sertifikatlar
- ACCA
- FRM
- CFA