İşin təsviri
Təsvir
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində PL/SQL Developer üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!
Əgər İT sahəsində ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Proqram haqqında:
- Müddət : 3 ay
- Sahə : PL/SQL Developer
Təcrübə nələri əhatə edir:
- Peşəkar təlimlər (nəzəri və praktiki)
- Baş ofisdə real təcrübə imkanı
- Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
- Korporativ iş prinsipləri ilə tanışlıq
- Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti
Tələblər
Proqram iştirakçılarına nə təklif olunur:
- Təyin olunmuş aylıq ödəniş
- Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
- Gəlcək iş imkanları üçün real zəmin
Kimlər müraciət edə bilər:
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli ixtisas üzrə yeni məzun olanlar ;
- Verilənlər bazası sahəsinə maraq və inkişaf həvəsi;
- SQL sorğularının yazılması üzrə baza bilikləri ;
- PL/SQL prosedur, funksiya, trigger və package anlayışları üzrə ilkin biliklər;
- Oracle Database haqqında baza bilikləri üstünlükdür;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarığı;
- Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
- Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
- Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
Gələcəyini Rabitəbank ilə qur – indi başla !