İşin təsviri
Təsvir
Ölkənin aparıcı banklarından biri olan Rabitəbank rəqəmsal məhsulların inkişafı istiqamətində Senior/ Middle Product Owner axtarır. Bank innovativ yanaşma, istifadəçi mərkəzli məhsullar və texnoloji inkişaf prinsiplərinə əsaslanaraq davamlı böyüməyi hədəfləyir.
- Məhsul strategiyasının və roadmap-in hazırlanması və inkişafı
- Product backlog-un idarə olunması və prioritetləşdirilməsi
- Sprint planlama prosesində aktiv iştirak
- İstifadəçi davranışlarının təhlili və inkişaf imkanlarının müəyyən edilməsi
- Məhsul metriklərinin izlənməsi və data əsaslı qərarların verilməsi
- İnkişaf, dizayn və analitika komandaları ilə sıx əməkdaşlıq
- Hipotezlərin hazırlanması və A/B testlərin aparılması
- İstifadəçi təcrübəsinin (UX) optimallaşdırılması
- Maraqlı tərəflərlə effektiv kommunikasiya
- Bazarın və rəqiblərin təhlili, innovativ yanaşmaların tətbiqi
Tələblər
- Product Owner və ya Product Manager kimi minimum 2–3 il iş təcrübəsi
- Agile/Scrum metodologiyaları üzrə praktiki biliklər
- Jira, Confluence və ya oxşar alətlərlə işləmə bacarığı
- Güclü analitik düşüncə və data ilə işləmə bacarığı
- Rəqəmsal məhsullar üzrə təcrübə (web və ya mobil platformalar)
- UX/UI prinsipləri üzrə anlayış
- Tələbləri düzgün formalaşdırmaq və komandaya çatdırmaq bacarığı
- Nəticə yönümlülük və proaktiv yanaşma