İşin təsviri
Təsvir
“Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Baş proqramçısı-Frontend ( Senior Frontend Developer ) vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
ƏSAS VƏZİFƏLƏRİ:
- Müasir və funksional veb interfeyslərin hazırlanması və inkişaf etdirilməsi ;
- Front-end arxitekturasının qurulması və mövcud sistemlərin təkmilləşdirilməsi ;
- Scalable və yüksək performanslı tətbiqlərin hazırlanması ;
- REST API servisləri ilə inteqrasiyaların həyata keçirilməsi ;
- Responsive və cross-browser uyğun istifadəçi interfeyslərinin hazırlanması ;
- Mövcud kod bazasının optimallaşdırılması və texniki borcların azaldılması ;
- Clean Code və best practice prinsiplərinə uyğun kod yazılması ;
- Unit və integration testlərin hazırlanması və dəstəklənməsi ;
- Performans problemlərinin araşdırılması və debugging işlərinin aparılması ;
- Komanda üzvləri ilə əməkdaşlıq, code review prosesində iştirak ;
- CI/CD proseslərinə uyğun deployment və inkişaf proseslərinin dəstəklənməsi .
Tələblər
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Front-End development sahəsində minimum 4 il iş təcrübəsi ;
- React ekosistemi üzrə güclü biliklər (Hooks, Context API və s.) ;
- TypeScript ilə kommersiya layihələrində praktiki təcrübə ;
- Micro-frontend arxitekturası üzrə təcrübə və ya güclü anlayış ;
- State management alətləri ilə iş təcrübəsi (Redux, Zustand və alternativlər) ;
- UI kit və komponent kitabxanaları ilə iş təcrübəsi (Ant Design, Material UI və s.) ;
- Git ilə iş təcrübəsi (branching strategy, code review və s.) ;
- Jest, React Testing Library və oxşar alətlərlə test yazılması təcrübəsi ;
- SOLID prinsipləri və proqramlaşdırma standartları üzrə biliklər ;
- Analitik düşüncə və problem həll etmə bacarığı ;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı .