İşin təsviri
“Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Proqramçısı vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
Vəzifə öhdəlikləri:
- Delphi və C++ Builder ilə yazılmış köhnə sistemlərin təhlili və mövcud funksionallıqların öyrənilməsi
- Legacy kod bazasında zəruri dəyişikliklərin aparılması və texniki dəstəyin göstərilməsi
- Sistemin C# dilində WinForms texnologiyası ilə müasir platformaya keçirilməsi
- Migrasiya prosesində istifadəçi interfeyslərinin və funksionallığın uyğunluğunun təmin edilməsi
- Kodların test olunması, səhvlərin aradan qaldırılması və sənədləşdirilməsi
- Oracle verilənlər bazası və PL/SQL prosedurları ilə işləmə
Tələblər
Tələblər:
- Delphi və C++ Builder ilə işləmə təcrübəsi və mövcud kodlarda dəyişiklik edə bilmək bacarığı
- C# proqramlaşdırma dili və WinForms ilə real layihə təcrübəsi
- Oracle verilənlər bazası ilə işləmə təcrübəsi və PL/SQL bilikləri
- Legacy sistemlərin migrasiyası sahəsində anlayış və təcrübə
- Analitik düşüncə və sənədlərlə işləmə bacarığı
- Komanda daxilində əməkdaşlıq və məsuliyyətli yanaşma
Üstünlük sayılacaq:
- Mövcud sistemlərdə debugging və performans optimizasiyası təcrübəsi
- Versiya nəzarət sistemləri ilə (məs. Git) tanışlıq
- Müstəqil işləmək və təşəbbüskar olmaq bacarığı
Təklif olunur:
- Maraqlı və mühüm layihələr üzərində işləmək imkanı
- Stabil və uzunmüddətli əməkdaşlıq
- Peşəkar inkişaf və dəstəkləyici komanda mühiti