İşin təsviri
- Mobil Bankçılıq tətbiqində Common Payments və Transfers istiqamətləri üzrə məhsulların inkişafı, təkmilləşdirilməsi və idarə edilməsini təmin etmək.
- Ödəniş və köçürmə xidmətləri üzrə biznes tələblərini formalaşdırmaq, yeni funksionallıqların hazırlanmasını və tətbiqini koordinasiya etmək.
- Ödəniş və köçürmə sistemləri ilə bağlı yeni layihələrin, inteqrasiyaların və mövcud həllərin təkmilləşdirilməsi üzrə təşəbbüsləri idarə etmək.
- Daxili və xarici sistemlərlə, prosessinq mərkəzləri, ödəniş provayderləri və digər tərəfdaşlarla inteqrasiya proseslərini koordinasiya etmək.
- Biznes, İT, əməliyyat, risk, informasiya təhlükəsizliyi və digər aidiyyəti komandalarla əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
- Ödəniş və köçürmə ssenariləri üzrə biznes proseslərini, istifadəçi səyahətini (Customer Journey) və müştəri təcrübəsini təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək.
- Yeni xidmətlər və funksionallıqlar üzrə biznes tələblərini, texniki tapşırıqları və istifadəçi hekayələrini (User Stories) hazırlamaq.
- İnkişaf etdirilən funksionallıqların test edilməsini, UAT prosesini və məhsulların istehsalat mühitinə (Production) çıxarılmasını koordinasiya etmək.
- Ödəniş və köçürmə əməliyyatları üzrə uğurluluq göstəricilərini, imtina səbəblərini, xətaları və müştəri müraciətlərini təhlil etmək, müvafiq həllərin hazırlanmasını təmin etmək.
- Məhsullar üzrə KPI-ları müəyyənləşdirmək, performans göstəricilərini izləmək və mütəmadi hesabatlar hazırlamaq.
- Bazar tendensiyalarını, rəqib bankların təkliflərini və ödəniş sahəsindəki yeni texnoloji həlləri araşdırmaq, məhsulun inkişafı üçün təkliflər vermək.
- Ödəniş və köçürmə xidmətləri üzrə daxili prosedurlara, tənzimləyici tələblərə, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi prinsiplərinə riayət olunmasını aidiyyəti komandalarla koordinasiya etmək.
Tələblər
- Bank, fintech və ya ödəniş xidmətləri sahəsində minimum 2–3 il iş təcrübəsi.
- Mobil bankçılıq, rəqəmsal ödənişlər və pul köçürmələri sahəsində bilik və təcrübə.
- Məhsul idarəetməsi, biznes analitikası və ya İT layihələrinin idarə edilməsi üzrə təcrübə.
- Ödəniş sistemləri, bank sistemləri və xarici platformalarla inteqrasiya prinsipləri barədə anlayış.
- API inteqrasiyaları, REST API, JSON və sistemlərarası məlumat mübadiləsi prinsipləri barədə baza bilikləri.
- Biznes tələblərinin, texniki tapşırıqların və User Stories sənədlərinin hazırlanması bacarığı.
- Test ssenarilərinin hazırlanması, UAT və yeni funksionallıqların tətbiqi prosesləri üzrə anlayış.