“Rabitəbank” ASC Bank proqramları departamenti, Məlumatların İdarə Edilməsi şöbəsi, Şöbə rəisi

İşin təsviri

Rabitəbank” ASC Bank proqramları departamenti, Məlumatların İdarə Edilməsi şöbəsinə Şöbə rəisi vəzifəsi üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır

ƏSAS VƏZİFƏLƏRİ: 

1.Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək.

2. Bank və kommersiya sirrini qorumaq.

3. Birbaşa özününün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək.

4. Bankın rəhbərliyinin habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək.

5. Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək.

6. Bankın məlumatlarında “çirklilik” barədə məlumat verildikdə problemin aradan qaldırılmasına cavabdeh olan şəxsə məlumat vermək. Mümkün olduğu qədər “çirkliliyi” DWH tərəfdə öncədən təmizləmək tapşırığını şöbənin uyğun əməkdaşına yönləndirmək və icrasına nəzarət etmək.

7. DWH-ın (Vahid Məlumat Anbarı) yaradılmasının, məlumat modelinin qurulmasının, məlumatların analiz olunmasının, habelə təmizlənməsi üçün yanaşmaların arxitekturasını və ya həllərini hazırlamaq və ya hazırlanmasına bir başa nəzarət etmək.

8. Bankın strukturlarının hesabat istəyi olarkən, a) Mümkün olduqda əməkdaşı hesabatın BI alətindən alınmasına istiqamətləndirmək, BI alətindən istifadə ilə əlaqədar sifarişçiyə konsultasiya vermək və ya konsultasiya verilməsini şöbənin uyğun əməkdaşına tapşırmaq. b) Hər hansı səbəbə görə BI alətindən istifadə mümkün olmadıqda hesabat sifarişinin hazırlanması üçün şöbənin uyğun əməkdaşına yönləndirmək, buna uyğun əməkdaş olmadıqda hesabatı hazırlamaq. Hesabatın BI sistemindən alına bilməmə səbəbini araşdırmaq və ya bunu şöbənin uyğun əməkdaşına tapşırmaq. Mümkün olduğu təqdirdə səbəbi aradan qaldırmaq barədə müvafiq tapşırıqları vermək.

9. Planları və layihələri reallaşdırmaq üçün etapları və tapşırıqları hazırlamaq, hesabat sifarişi tapşırıqlarını da nəzə alaraq prioritetləşdirmək. Tapşırıqları prioritetlərə görə uyğun əməkdaşlar arasında bölüşdürmək.

10. Bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək .

11. Nizam-intizamlı olmaq, iş vaxtından səmərəli istifadə etmək, habelə vəzifə təlimatlarında göstərilənləri icra etmək 

Tələblər

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  •  Verilənlər bazası ilə işləmək bacarığı.
  • SQL ilə işləmək bacarığı.
  • Bank məhsulları üzrə biliklər.
  • DWH, Data Engineering və BI ekosistemləri haqqda dərin biliklər və ən azı 7 il təcrübə.
  • Menecmentlik bacarıqları.
  • Layihələrin idarə edilməsi haqqda biliklər.