Vakansiya haqqında
Radius Təkər Mərkəzi komandamıza müştərilərlə düzgün ünsiyyət qura bilən, satış yönümlü və məsuliyyətli Satış Məsləhətçisi axtarır.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərə məhsulların qiyməti, mövcudluğu digər xüsusiyyətləri barədə ətraflı məlumat vermək
Mövcud məhsullar, aksiyalar barədə müştəriləri məlumatlandırmaq
Mövcud olmayan məhsullar üçün alternativ variantlar təklif etmək.
Malların satışa hazırlanmasını və müştəriyə çatdırılma prosesini koordinasiya etmək
Malların satış üçün daim mövcudluğuna və çeşidlərin düzgün təşkilinə nəzarət etmək
Müştəri müraciətlərini vaxtında və düzgün cavablandırmaq, məhsul və xidmətlər haqqında dolğun məlumat təqdim etmək
İş şəraiti:
İş qrafiki: 09:00–18:00 / 12:00–21:00 (növbəli)
İş günləri: Həftədə 6 gün, həftə içi 1 gün istirahət
Nahar şirkət tərəfindən qarşılanır
İş yeri: Badamdar filialı
Əmək haqqı: 500 AZN +(900+) satışdan bonus
Maraqlanan namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Satış Məsləhətçisi” qeyd etməklə (e-poçt «Müraciət et» düyməsində) ünvanına göndərə bilərlər
Tələblər
- Ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- MS Office proqramları, xüsusilə Excel, Word, 1C və Outlook üzrə istifadə bacarığı
- Azərbaycan və rus dillərində səlis danışıq
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı
- İşgüzar ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Məhsullar və xidmətlər haqqında məlumatlı olmaq
- İntizamlı, məsuliyyətli, punktual, diqqətli və çalışqan olmaq
- Komandada işləmək bacarığı
Üstünlük hesab olunur
- İngilis dili biliyi üstünlükdür
Oxşar elanlar
- Satış meneceriAzmerika · Bu gün
- Karqo idarəsi / Karqo satış qrupu / Aparıcı analitikAzərbaycan Hava Yolları (AZAL) · Bu gün
- Tibbi nümayəndə (Kardiologiya)Pasha-K · Dünən
- Birbaşa satış üzrə baş mütəxəssisMeqa Sığorta ASC · Dünən
- Korporativ satış üzrə menecerMelissa Group · Dünən
- Satış TəmsilçisiMelissa Group · Dünən