Oxşar aktiv elanlar
- CANLI YAYIM APARICISIKaraca · Dünən
- SMM menecer-VideoqrafHayat Group · 4 gün əvvəl
- SMM MütəxəssisiNooshCard MMC · 4 gün əvvəl
- SMM-MOBİLOQRAFAZES DENTAL LAB · 5 gün əvvəl
- Контент-менеджерFrazex · 5 gün əvvəl
- Sosial Media MütəxəssisiDeluks Kamin · 5 gün əvvəl
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin Instagram və digər sosial media hesablarının idarə olunması;
Aylıq kontent planının hazırlanması və paylaşım qrafikinin təşkili;
Post, Reels və Stories formatlarında kontent ideyalarının hazırlanması;
Tur paketləri, aviabiletlər, otellər və digər turizm xidmətləri üzrə reklam məzmununun yaradılması;
Mətnlərin (copywriting) hazırlanması və vizual kontentin tərtib edilməsi;
Canva və CapCut kimi proqramlardan istifadə etməklə vizualların və qısa videoların hazırlanması;
Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarının qurulması və idarə olunması;
Hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi və auditoriyaların seqmentləşdirilməsi;
Reklam büdcəsinin planlaşdırılması, kampaniyaların optimallaşdırılması və nəticələrin təhlili;
Sosial media hesablarının inkişafı, müraciətlərin və potensial müştərilərin sayının artırılması;
Görülən işlər və reklam nəticələri üzrə hesabatların hazırlanması.
İş şərtləri
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq.
İş qrafiki müsahibə zamanı müzakirə olunacaq.
CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Tələblər
- SMM sahəsində minimum 2-3 il iş təcrübəsi
- Meta Ads Manager üzrə praktiki bilik və təcrübə
- Facebook və Instagram üçün reklam kampaniyalarını müstəqil qurmaq və idarə etmək bacarığı
- Target auditoriyasının seçilməsi, reklam büdcəsinin idarə edilməsi və kampaniya nəticələrinin təhlili bacarığı
- Canva və CapCut proqramları ilə işləmək bacarığı
- Kontent strategiyası hazırlamaq, yaradıcı ideyalar irəli sürmək və sosial media trendlərini izləmək
- Azərbaycan dilində düzgün və cəlbedici mətnlər hazırlamaq bacarığı
- Məsuliyyətlilik, yaradıcılıq və nəticəyönümlülük
Üstünlük hesab olunur
- Turizm və ya səyahət şirkətləri ilə iş təcrübəsi
- Əvvəlki layihələr üzrə portfolio və reklam kampaniyalarının nəticələrini təqdim etmək bacarığı
- Reklam vasitəsilə real müraciətlərin və satışların artırılması üzrə təcrübə