Məzmuna keçin
Rəmzioğlu paxlava yerləşdirilib

Satış koordinatoru

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Ünvan: Xətai rayonu, Məhəmməd Hadi 21/b

Vəzifə öhdəlikləri:

Topdan, horeca və korporativ satışla bağlı yeni müştərilər cəlb etmək, bununla bağlı qiymət təklifləri və kommersiya şərtlərini hazırlamaq;

Topdan, horeca və korporativ müştərilərinin sifarişlərini emal etmək və izləmək;

Müştəri bazasını aparmaq, təkrar sifariş faizini artırmaq üzrə tədbirlər təklif etmək;

Mağazaların satış göstəricilərini toplamaq, planla müqayisə etmək və kənarlaşmaları rəhbərliyə vaxtında bildirmək;

Mağazalar arasında assortiment balansını tənzimləmək, az hərəkət edən qalıqların transferini təşkil etmək;

Mağaza menecerləri ilə həftəlik iclaslar keçirmək və müştəri şikayətlərini sistemləşdirmək;

Qiymət, endirim və aksiya şərtlərinin bütün mağazalarda eyni tətbiq olunmasına nəzarət etmək;

Meta, whatsapp və sayt üzərindən gələn sifarişlərin cavabsız qalmamasına və vaxtına təmin edilməsinə nəzarət etmək;

Onlayn sifarişləri mağaza və istehsalatla əlaqələndirməsinə, çatdırılma qrafikinə nəzarət etmək;

Kuryer marşrutlarını və çatdırılma xərclərini optimallaşdırmaq;

Gündəlik satış və qalıq məlumatlarına əsasən istehsalata sifariş proqnozunun uyğunluğuna nəzarət vermək;

Təzə məhsullar üzrə son istifadə tarixlərini izləmək, itkiləri minimuma endirmək;

Qablaşdırma, xonça və hədiyyə aksesuarlarının vaxtında təchizini izləmək;

Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;

Məhsul, mağaza və kanal üzrə satış dinamikasını təhlil etmək, əsaslandırılmış tövsiyələr vermək;

Rəqabət qiymətlərini və bazar tendensiyalarını izləmək;

Yeni satış işçilərinin adaptasiyasında iştirak etmək, məhsul bilikləri üzrə təlimləri koordinasiya etmək;

Satış prosesinin addımlarını (sifariş → hazırlıq → çatdırılma → ödəniş) uyğunluğuna nəzarət etmək və optimallaşdırıcı tövsiyyələr vermək.

İş barədə məlumat:

6 günlük: 09:00-17:00;

Bazar günü istirahət;

Əmək haqqı: Razılaşma yolu bazara uyğun sabit maaş + bonus;

Nahar şirkət tərəfindən verilir;

Korporativ nömrə ilə təmin olunur;

Şirkət əməkdaşları üçün endirim və üstünlük imkanları.

Tələblər

  • Yazılı və şifahi ünsiyyət bacarığı
  • Operativlik, məsuliyyət və təşəbbüskarlıq

Üstünlük hesab olunur

  • B2B satış sahəsində 3-5 il təcrübəsi olanlara üstünlük verilir
  • Şəxsi avtomobili olanlara üstünlük verilir
  • Rus və ya ingilis dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →