Hüquq və Sənədləşmə Assistenti

25 Noyabr 2025

İşin təsviri

Şirkətin Hüquq və Xidməti Araşdırmalar Departamentində sənəd dövriyyəsinin düzgün idarə olunması, daxili prosedurlara uyğun şəkildə sənədlərin qəbul olunması, qeydiyyatı, arxivləşdirilməsi və aidiyyəti şəxslərə yönləndirilməsinin təmin edilməsi.

İş barədə məlumat:

  • Status: Müvəqqəti (Project-based)
  • İş rejimi: Tam ştat
  • Tələblər: Junior hüquq bilikləri olan namizəd üçün uyğundur

Əsas vəzifə öhdəlikləri:

  • Hüquq və Xidməti Araşdırmalar Departamentinə daxil olan bütün sənədlərin qəbul edilməsi, qeydiyyatı, imza prosesindən keçirmək və sistemə daxil edilməsi.
  • Sənədlərin təsnifatlandırılması, elektron və fiziki arxivdə düzgün saxlanılması.
  • Daxili və xarici sorğular üzrə məlumatların toplanması və hüquq şöbəsi ilə koordinasiya olunması.
  • Araşdırma materiallarının, aktların, təqdimat və hesabatların hazırlanmasında şöbəyə dəstək.
  • Proseslərlə bağlı tələb olunan məlumatların müvafiq şöbələrdən toplanması və hüquq üzrə məsul şəxsə təqdim edilməsi.
  • Departament rəhbəri tərəfindən verilmiş gündəlik tapşırıqların vaxtında və dəqiq icrası.
  • Məxfi məlumatların qorunması və etik-normalara ciddi riayət olunması.

Tələblər:

  • Hüquq üzrə bakalavr təhsili (son kurs tələbəsi və ya yeni məzun qəbul edilə bilər).
  • Sənəd dövriyyəsi, arxiv işi və ya hüquqi sənədlərlə iş üzrə minimal təcrübə üstünlükdür.
  • MS Office (Word, Excel, Outlook) üzrə yaxşı biliklər.
  • Dəqiqlik, məsuliyyət, analitik düşüncə və sənədlərlə diqqətli işləmək bacarığı.
  • Komanda ilə işləmək və məlumatı dəqiq çatdırmaq bacarığı.

Üstünlüklər:

  • Hüquq sahəsində təcrübə qazanmaq imkanı.
  • Xidməti araşdırma proseslərini öyrənmək.
  • Korporativ mühitdə sənəd idarəçiliyinin praktiki tətbiqi.

Tabeçilik:

  • Hüquq və Xidməti Araşdırmalar Departamentinin rəhbəri

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.