İşin təsviri
Sağlam Ailə MMC – Səhiyyə sahəsində qabaqcıl laboratoriya və tibbi xidmət şəbəkəsi
Vəzifə öhdəlikləri:
- İstifadəçilərə (o cümlədən tibb personalına) texniki dəstək göstərmək
- Kompüter, printer, skaner, POS-terminal və digər avadanlıqların sazlanması və nasazlıqların aradan qaldırılması
- Windows OS (7/10/11), PowerShell, CMD istifadə bacarığı
- Lokal şəbəkələr (LAN, WAN, WiFi) və protokollar (TCP/IP, DHCP, DNS) üzrə ilkin texniki dəstək
- Şəbəkə avadanlıqlarının (kommutator, marşrutlayıcı, AP) quraşdırılması və diaqnostikası
- Microsoft Office proqramlarında sərbəst işləmək
- Tibbi və laboratoriya sistemləri (LIS, MIS, elektron növbə) ilə işləmə təcrübəsi – üstünlükdür
- Help Desk sistemləri (Jira, Bitrix, OTRS və s.) ilə işləmək və texniki hadisələri sənədləşdirmək
- Uzaqdan texniki dəstək vasitələri ilə (TeamViewer, AnyDesk və s.) işləmə bacarığı
- Ofis texnikasının və CCTV sistemlərinin dəstəyi üzrə təcrübə (arzuolunandır)
Tələblər:
- Ali texniki təhsil (IT sahəsində)
- Minimum 1 il İT dəstək sahəsində iş təcrübəsi
- Azərbaycan dilində sərbəst, texniki ingilis dilini başa düşmək
- 26 yaşadək və hərbi mükəlləfiyyətli (kişi namizədlər üçün)
- Məsuliyyətli, ünsiyyətcil və öyrənməyə meyilli
- Tibbi sahədə və ya əczaçılıqda texniki dəstək təcrübəsi – üstünlükdür
Təklif etdiyimiz:
- Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı.
- 6 günlük / 40 saatlıq iş qrafiki
- İllik check-up paketi
- Ailə üzvləri və yaxın qohumlara 50% tibbi xidmət endirimi
Müraciət üçün: CV-nizi “İKT Helpdesk” başlığı ilə hr@saglamaile.az elektron poçt ünvanına göndərin.