İnsan Resursları şöbəsinin müdiri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Sağlam Ailə tibb mərkəzi İnsan Resursları şöbəsinin müdiri vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

  • İnsan resursları şöbəsinin işinin təşkili;
  • İnsan resurslarının planlaşdırılması və idarə olunması;
  • Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
  • İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili;
  • Prosedur və qaydaların hazırlanması və inkişafı;
  • Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması;
  • Təlim ehtiyyaclarının müəyyən edilməsi;
  • İşçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
  • İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması;
  • Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı;
  • Şikayət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi;
  • İntizam proseslərinin idarə olunması;
  • İnsan resurları üzrə müxtəlif hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İnsan resurslarının inkişafı üzrə təkliflər hazırlamaq;
  • İnsan resursları üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
  • Əsas səmərəlilik göstəriciləri (KPI) sistemlərinin qurulması və tətbiqi;
  • Aylıq, rüblük və illik hesabatların hazırlanmasına və dövlət orqanlarına təqdim olunmasına nəzarət;
  • Qanunvericilik tələblərinin riayət olunması, cərimələrin və məhkəmə riskinin aradan qaldırılması.
  • İşçilərin effektivliyini artırmaq üçün KPI tətbiq olunması.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində rəhbər vəzifəsində minimum 5 il iş stajı;
  • Azərbaycan Respublikası əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, rus və ingilis dilini bilməsi arzuolunandır;
  • İR proqram təminatları ilə yüksəm işləmə bacarığı (1C 8.3).

Şəxsi keyfiyyətlər:

  • Liderlik xüsusiyyətləri;
  • Təşkilatçılıq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Diqqətli və məsuliyyətli.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük (həftəlik 40 saat), saat 09:00-18:00-dək.
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-i emailin mövzu hissəsinə mütləq “İnsan Resursları şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.