Təchizat və logistika üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • 2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır. Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriyadır.

Biz sizə nə təklif edirik:

  • İş qrafiki: həftənin 5 günü (həftəlik 40 saat);
  • Mehriban kollektiv;
  • Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə 50% endirim.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan dili – əla, ingilis dili – yaxşı; rus dili – yaxşı;
  • 1C, MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Punktual, aktiv, çevik və məsuliyyətli olmalı.

Vəzifə və öhdəliklər:

  • Müəssisədaxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirir;
  • Müəssisənin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlayır;
  • Tender, kotirovka, təkliflər sorğularını Azərbaycan Respublikasının qanunlarına əsasən həyata keçirir;
  • Alınan malların (məhsulların) standartlara uyğunluğuna nəzarət edir;
  • Malların hərəkəti və daşınması müddətlərinə nəzarət edir;
  • Transport-texnoloji prossesində sənəd dövriyyəsini təmin edir;
  • Gömrük rəsmiləşməsinin təşkili (sənəd, fayl, informasiya təminatı) və idxal icazəsinin alınması;
  • Aşağıda qeyd olunan təyinatlar üzrə məhsulların ölkəxarici bazar təchizatçıları və yerli distribütör şirkətlərdən təchizatını həyata keçirir:
  • Laboratoriya diaqnostik reagentləri;
  • Laboratoriya təyinatlı sərf materialları;
  • Tibbi və laboratoriya təyinatlı diaqnostik cihazlar, onların ehtiyat hissələri və illik baxımları.
  • Reaktivlərin alınarkən istifadə üçün nəzərdə tutulmuş müddətdən artıq olmasını təmin və nəzarət edir;
  • Yerli və xarici Satınalma işinin keyfiyyətli və etibarlı şəkildə təşkil edir;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsini həyata keçirir;
  • Anbara daxil olan sifarişlərin təqdim edilən qaimələrə uyğun olaraq proqrama daxil edilməsi (bütün növ mallar, avadanlıqlar) və qaimələrin imzalanmasını təşkil edir;
  • Mal-material üzrə aylıq kreditor ödənişlərin həyata keçirilməsi üçün təsdiqlənmiş borc qaimələri üzrə ödəniş siyahılarını tərtib edir;
  • Təlimata əsasən tədarükçülərin qiymətləndirilməsini həyata keçirir və təsdiqlənmiş tədarükçüləri siyahıya alır;
  • Şöbənin rüblük, yarımillik və illik hesabatlarının hazırlanmasında iştirak edir.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Təchizat və logistika üzrə aparıcı mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron poçt ünvanına göndərə bilərlər.