Məzmuna keçin
SAMT LLC yerləşdirilib

Korporativ katib

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Cəmiyyətin idarəetmə orqanlarının iclaslarını təşkil etmək, gündəlik layihələrini, iclas bildirişlərini və materiallarını hazırlamaq.

Qərar layihələrini hazırlamaq, müzakirələri və səsvermə nəticələrini protokollaşdırmaq, protokol və qərarların imzalanmasını təşkil etmək.

Gündəlikdəki məsələlərin müvafiq idarəetmə orqanının səlahiyyətinə aid olduğunu, iclasların çağırılması, yetərsay və səsvermə qaydalarına riayət edildiyini yoxlamaq.

Korporativ idarəetmə üzrə daxili sənədləri, o cümlədən idarəetmə orqanlarının əsasnamələrini, səlahiyyət və təsdiq matrislərini, qərarların razılaşdırılması prosedurlarını hazırlamaq və yeniləmək.

Korporativ idarəetmə prosedurlarının praktikada necə tətbiq olunduğunu təhlil etmək, səlahiyyət bölgüsündə və qərarların qəbulu prosesində olan boşluqları müəyyən etmək və təkmilləşdirmə təklifləri hazırlamaq.

Qərarların reyestrini aparmaq, qərarları icraya məsul şəxslərə çatdırmaq, icra müddətlərini izləmək və korporativ sənədlərin arxivini aparmaq.

Tələblər

  • Ali təhsil
  • Korporativ idarəetmə, korporativ hüquq və ya idarəetmə orqanlarının fəaliyyətinin təşkili sahəsində ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının korporativ qanunvericiliyi, xüsusilə məhdud məsuliyyətli cəmiyyətlərdə idarəetmə orqanlarının səlahiyyətləri və qərarların qəbulu qaydaları üzrə biliklər
  • Qərar layihələrinin, iclas protokollarının və daxili prosedurların hazırlanması üzrə praktiki təcrübə
  • Azərbaycan və ingilis dillərində korporativ sənədlər hazırlamaq və işgüzar ünsiyyət qurmaq bacarığı mütləqdir

Üstünlük hesab olunur

  • Hüquq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil üstünlükdür
  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →