Vizual kontent üzrə mütəxəssis

24 Sentyabr 2025
700
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Təhsil: Ali təhsil (Jurnalistika, Marketinq, İncəsənət və ya əlaqəli sahələr)
  • İş təcrübəsi: Minimum 1 il müvafiq sahədə
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri üstünlük verilir.
  • Kompüter bilikləri: MS Office (Word, Excel), 1C, CapCut, InShot və s.
  • Əlavə: Vizual kommunikasiya və brendinq üzrə güclü anlayış; dijital marketinq trendlərini izləmək və tətbiq etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Məhsulu təqdim edən videolar — kamerada çıxış edərək məhsulu izah etmək, göstərmək və izləyicilərə çatdırmaq (üzün və səsin görünməsi ilə).
  • Məhsulun vizual videoları — yalnız məhsulun estetik çəkilişlərini etmək (üz göstərmədən), detalları ön plana çıxarmaq.
  • Məhsulun təqdimatını əhatə edən videoların hazırlanması və izləyicilərə cəlbedici şəkildə çatdırılması.
  • Canlı yayımların texniki, vizual və məzmun baxımından tam idarə olunması və izləyicilərin suallarının vaxtında cavablandırılması. (üz göstərmədən)
  • Video və foto montajının peşəkar səviyyədə həyata keçirilməsi, sosial media üçün optimallaşdırılmış kontentin yaradılması.
  • Şirkət saytında məhsul şəkillərinin və məlumatlarının müntəzəm yenilənməsi.
  • Sosial media strategiyasına uyğun kreativ ideyaların hazırlanması və tətbiqi ilə izləyici bazasının və satışların artırılması.
  • Satış şöbəsi ilə sıx əməkdaşlıqda təqdim olunan kontentin satış göstəricilərinə təsirinin təhlili və ROI və konversiya analizi ilə bağlı rəhbərliyə təhlil təqdim etmək.
  • Müntəzəm olaraq (gündəlik, həftəlik, aylıq) satış və sosial media komandası ilə əlaqə saxlayaraq nəticələrin toplanması və rəhbərliyə hesabat verilməsi.
  • Şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək; tapşırıqları məsuliyyətlə və keyfiyyətlə yerinə yetirmək.
  • Öz vəzifə və kvalifikasiyasına uyğun olaraq əsas vəzifə öhdəliklərindən əlavə, rəhbərliyin tapşırığı əsasında digər aidiyyəti işləri də vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

Bizim üçün vacibdir:

  • Kamerada sərbəst danışıq və təqdimat bacarığı.
  • Yaradıcılıq və təqdimat sahəsində istək və həvəs.
  • Yüksək ünsiyyət bacarığı və müştərilərlə səmimi dialoq qurmaq.
  • Kreativ düşüncə və detallara diqqət.
  • Xarizmatik görünüş və pozitiv enerji.
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
  • Əlavə bacarıqlar üstünlükdür: Saytın kontent yenilənməsi, foto sayta əlavə etmə, Video montaj proqramlarında işləmə bacarığı (CapCut, InShot və s.).

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı: 700 azn

Müraciət üçün: CV-lərinizi və (varsa) portfolionuzu “Vizual kontent üzrə mütəxəssis” başlığı ilə cv@santral.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.