İşin təsviri
“Nardaran İnvest” MMC API-ləri ilə işləmək üzrə Proqramçı (GIS / Map Developer) vakansiyasını elan edir
Şirkətimiz texnologiya və mühəndislik layihələri üzrə fəaliyyət göstərir. Komandamıza xəritə əsaslı sistemlərin hazırlanması və inkişafı üzrə təcrübəli GIS / Map Developer axtarılır.
Vəzifə öhdəlikləri:
- Xəritə əsaslı tətbiqlərin hazırlanması və inkişaf etdirilməsi;
- Xəritə API-ləri (Google Maps, Mapbox, OpenStreetMap və s.) ilə inteqrasiyanın həyata keçirilməsi;
- Coğrafi məlumatların (GIS data) emalı və vizuallaşdırılması;
- Xəritə üzərində obyektlərin, marşrutların və məlumat qatlarının yaradılması və idarə edilməsi;
- Backend və frontend komandası ilə inteqrasiya işlərinin aparılması;
- Mövcud xəritə sistemlərinin optimizasiyası və texniki dəstəyin göstərilməsi.
Namizədə dair tələblər:
- Kompüter elmləri, proqramlaşdırma və ya müvafiq ixtisas üzrə ali təhsil;
- JavaScript və ya digər proqramlaşdırma dillərində iş təcrübəsi;
- Xəritə API-ləri və GIS sistemləri ilə işləmə təcrübəsi;
- REST API ilə işləmə bacarığı;
- Məkan məlumatlarının (geospatial data) işlənməsi üzrə biliklər;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik.
Üstünlük veriləcək:
- Leaflet, Mapbox GL JS, Google Maps və ya digər xəritə kitabxanaları ilə iş təcrübəsi;
- PostGIS və ya digər geospatial verilənlər bazaları ilə işləmə bacarığı;
- Web GIS layihələrində iştirak təcrübəsi.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
- İş qrafiki: 5/2, 09:00–18:00;
- İş yerinə Koroğlu metrostansiyasından servis xidməti;
- Nahar ilə təmin olunma;
- Könüllü tibbi sığorta.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə x.gambarova@seabreeze.az elektron poçt ünvanına göndərə bilərlər.