Lahiyələr üzrə menecer

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Struktur bölmə: Tender şöbəsi
Departament: Tikinti və planlama

Vəzifənin məqsədi:

Layihələrin planlaşdırılması, icrasının koordinasiyası və monitorinqinin həyata keçirilməsi, maraqlı tərəflərlə effektiv kommunikasiya və layihə sənədlərinin düzgün idarə olunmasının təmin edilməsi.

Vəzifə öhdəlikləri:

  • Layihələrin icra prosesinin monitorinqi və maraqlı tərəflər üçün status hesabatlarının hazırlanması;
  • Layihənin gedişatının idarə olunması və tələb olunduqda plana uyğun dəyişikliklərin edilməsi;
  • Resurs planlamasında iştirak və komanda üzvlərinin zəruri resurslarla təmin edilməsinə dəstək;
  • Maraqlı tərəflərlə görüşlərin təşkili və layihənin həyat dövrü ərzində effektiv kommunikasiya mühitinin təmin edilməsi;
  • Rəhbərliyin göstərişi əsasında layihə planı, əhatə dairəsi və digər layihə idarəetmə sənədlərinin hazırlanması və idarə olunması;
  • Tapşırıqların qeydiyyatı və izlənməsi üçün onlayn sistemlərdə işləmək;
  • Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Ali təhsil (Layihələrin idarə olunması, menecment, inşaat mühəndisliyi, memarlıq və ya uyğun sahə üzrə);
  • Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi;
  • Analitik düşüncə və inkişaf etmiş məntiqi təfəkkür;
  • Mühəndis proqramlarından istifadə bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə bilik;
  • Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilmə;
  • Ünsiyyətcillik, punktuallıq, məsuliyyətlilik və stressə davamlılıq;
  • Müstəqil və komandada işləmək bacarığı;
  • Öyrənməyə və peşəkar inkişafa meyllilik;
  • PMP və/və ya PMI sertifikatlarının olması üstünlükdür.

Əlavə məlumat:

  • İş vaxtı: Bazar ertəsi – Cümə;
  • Nahar və nəqliyyat xidməti təmin olunur;
  • Könüllü tibbi siğorta;
  • Uğurlu namizədin əmək haqqı tələbi nəzərə alınacaq.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektorn poçt ünvanına göndərin.