İşin təsviri
- İş yeri: Nardaran İnvest MMC, Sea Breeze Resort
- Şöbə: Baş Plan şöbəsi
- Departament: Tikinti və Planlama Departamenti
Vəzifənin məqsədi:
Layihələrin baş plan həllərinin hazırlanması, ərazi planlaşdırılması və funksional zonalaşdırmanın həyata keçirilməsi, layihələrin şəhərsalma və tikinti normativlərinə uyğun şəkildə hazırlanmasının təmin edilməsi, həmçinin layihə komandası ilə koordinasiyalı şəkildə baş plan üzrə konsept və işçi layihələrin hazırlanmasında iştirak.
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə baş plan həllərinin hazırlanması və işlənməsi;
- Ərazi planlaşdırılması, funksional zonalaşdırma və tikinti parametrlərinin müəyyən edilməsi;
- Baş plan üzrə konsept və işçi layihələrin hazırlanmasında iştirak;
- Layihələrin şəhərsalma və tikinti normativlərinə uyğunluğunun təmin edilməsi;
- Memarlıq, mühəndis və digər layihə bölmələri ilə koordinasiyanın aparılması;
- Baş plan üzrə sxemlər, planlar və təqdimat materiallarının hazırlanması;
- Layihə üzrə dəyişikliklərin və düzəlişlərin işlənməsi və layihə sənədlərinə daxil edilməsi;
- Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Memarlıq, şəhərsalma və ya inşaat mühəndisliyi üzrə ali təhsil;
- Baş plan və ya şəhərsalma layihələri üzrə 1–3 il iş təcrübəsi (üstünlük hesab olunur);
- Şəhərsalma və tikinti normativləri üzrə biliklər;
- Memarlıq və layihələndirmə proqramlarında işləmək bacarığı (AutoCAD, Civil 3D, ArchiCAD və s.);
- Kompüter bacarıqları: MS Office proqramları – yüksək səviyyədə;
- Azərbaycan və Rus dillərini səlis bilmək;
- Analitik düşüncə və inkişaf etmiş məkan təfəkkürü;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və stressə davamlılıq;
- Şəhərsalma və baş plan layihələri üzrə beynəlxalq təcrübə və ya sertifikatlar üstünlük hesab olunur.
Bizim təminatımız:
- İş yeri: Sea Breeze Resort, Bakı şəhəri, Nardaran qəsəbəsi;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək;
- Nahar ilə təmin olunma;
- Endirimli tibbi xidmət.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi x.gambarova@seabreeze.az elektron poçt ünvanına göndərin.