Məzmuna keçin
Sheraton Baku Intourist yerləşdirilib

Qida və İçki üzrə nəzarətçi (F&B Supervisor)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas öhdəliklər

Restoran və barların gündəlik fəaliyyətinin brend standartlarına və əməliyyat prosedurlarına uyğun təşkili

Növbə üzrə tapşırıqların bölüşdürülməsi, əməkdaşların işinə nəzarət; iş qrafiklərinin və tabellərin vaxtında hazırlanması

Əməkdaşlar üçün gündəlik brifinqlərin, servis və menyu üzrə təlimlərin keçirilməsi

Satışların düzgün qeydiyyatına və kassa-nağd pul prosedurlarına nəzarət; çeklərin ləğvi və düzəlişlər üzrə qaydalara riayət

Avadanlıq və ləvazimatların ehtiyatına, aylıq inventarlaşdırmaya və şöbə xərclərinə nəzarət

Qonaq şikayətlərinin və sorğularının operativ və nəzakətli həlli; qonaqlarla xoş münasibətlərin qurulması

Mətbəx, Təsərrüfat, Mühəndislik və digər şöbələrlə sıx əməkdaşlıq; təmir və texniki xidmət sorğularının verilməsi

Menecerin olmadığı vaxtlarda əməliyyat görüşlərində iştirak; gigiyena, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayətə nəzarət

Tələblər:

Tələblər

  • Otel və ya restoranın İaşə şöbəsində nəzarətçi və ya qrup rəhbəri kimi iş təcrübəsi
  • Ali və ya orta ixtisas təhsili
  • Komandanı idarəetmə, təlim və planlaşdırma bacarıqları
  • POS (Micros) və MS Office proqramlarından istifadə bacarığı
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək

Üstünlük hesab olunur

  • Beynəlxalq otel təcrübəsi üstünlükdür
  • Rus dili üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →