İşin təsviri

Sinteks Şirkətlər Qrupu “Texniki Dəstək üzrə mütəxəssis” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu kompüter sistemləri, program təminatı və avadanlıqlarla bağlı istifadəçilərə texniki dəstək göstərməkdən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Texniki Dəstək və Problemlərin Həlli
  • Sorğu sistemində vasitəsilə daxil olan sorğuların vaxtında və düzgün həllini təmin etmək
  • İstifadəçi kompüterlərinə nəzarət etmək, texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq
  • Xidmət zamanı aşkar olunan texniki problemlər və risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq

İT İnfrastrukturunun təşkili və idarəolunması

  • Yeni işçilər üçün zəruri İT infrastrukturunun qurulmasını təmin etmək (kompüter, proqram təminatı və s.)
  • İT cihaz və avadanlıqlarının (printer, router, noutbuk və s.) zədələnmələrini təhlil etmək və nasazlıqları aradan qaldırmaq

Ehtiyat Nüsxələrin İdarəolunması (Backup)

  • İnformasiya sistemlərinin ehtiyat surətlərini (backup) çıxarmaq və ehtiyac olduğu təqdirdə bərpa etmək

Məsuliyyətində olan bölmələr:

  • İT və Kompüter avadanlıqları

Professional biliklər:

  • Windows OS-lər üzrə dərin biliklər (Win 7–11)
  • AP, router, printer və skanerlərin sazlanması və texniki dəstəyi
  • TCP/IP, DNS, DHCP, VPN protokollarının işləmə prinsipləri
  • Active Directory, Group Policy və şəbəkə üzrə baza biliklər
  • Backup sistemləri (Acronis, Norton və s.) üzrə təcrübə
  • Windows Server, AD və Group Policy üzrə tam məlumat
  • Ethernet, IP və şəbəkə avadanlıqları barədə anlayış
  • İnformasiya təhlükəsizliyi və müvafiq tədbirlər barədə bilik
  • CompTIA A+ (MCP və ya CCNA – üstünlükdür)
  • Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır

Təhsil:

  • Ali təhsil arzuolunandır

İş təcrübəsi:

  • İT üzrə ən azı 1 illik iş təcrübəsi

Professional bacarıq və səriştələr:

  • Problem həlletmə 
  • Detallara və nəticəyə yönümlü

Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.