İşin təsviri
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
- Xüsusi müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
- Satış zamanı yüksək müştəri xidmətini təmin edir və yaranan problemləri həll edir
- “Total look” satışlarının ideyasını tətbiq edir
- Satış təmsiliçiləri və kiçik satış təmsilçilərinə satış texnikasının mənimsənilməsində köməklik göstərir
- Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
- Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırır
Təhsil:
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə:
- Geyim və aksesuarlar, Parfumeriya və Kosmetika, Texnika, Zinyət əşyaları, Ev əşyaları, Avto satışı ən azı 3 il iş təcrübəsi
- Eyni iş yerində davamlı olaraq azı 2 il əmək fəaliyyəti
- Bonus sistemi ilə işləmə təcrübəsi
Professional biliklər:
- Müştəri xidməti
- Satış texnikası
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarığı
- Problem həll etmə
- Məsuliyyət
- Satış bacarıqları
- Zamanın idarəolunması
- Məqsəd yönlük
- Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı satış təmsilçisi (Emporium Jewellery)” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.