Xəzinədarlıq üzrə kiçik administrator

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Xəzinədarlıq üzrə kiçik administrator şirkət tərəfindən yerli valyutada planlaşdırılmış ödənişlərin həyata keçirilməsini, bütün bank əməliyyatlarının ERP sistemində düzgün əks etdirilməsini və operativ məlumatların təqdim edilməsini icra edir; maliyyə, bank və ekvayrinq xərclərinə nəzarət edir.

Vəzifə öhdəlikləri:

  • Yerli valyutada olan ödənişlərin həyata keçirilməsi
  • Yerli valyutada olan bank əməliyyatlarının ERP sisteminə daxil edilməsi
  • Bank hesablarının maliyyə uçotu proqramı üzərindən üzləşməsinin həyata keçirilməsi
  • İnternet banking üzərindən pos terminallarla bağlı sifarişlərinin həyata keçirilməsi
  • Ayın bağlanması prosesində iştirak etməsi

Professional biliklər:

  • Maliyyə uçotu
  • İngilis dili (yaxşı səviyyədə)
  • 1C programı (orta səviyyədə)
  • MS Office (Excel)

Təhsil:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində Ali təhsil

İş təcrübəsi:

  • Maliyyə və Mühasibat sahəsində təcrübə

Professional Bacarıq və Kompetensiyalar

  • Detallara diqqət
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədarlıq üzrə kiçik administrator (yerli ödənişlər)” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.