İşə Qəbul üzrə Mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

1996-cı ildə əsası qoyulan SinteSinteks Şirkətlər Qrupu İşə Qəbul üzrə Mütəxəssisaxtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

İşə Qəbul üzrə Mütəxəssis – pərakəndə satışofis vəzifələri üçün işə qəbil prosesinin tam idarə olunmasına cavabdehdir. Bu rola namizədlərin axtarışı və ilkin qiymətləndirilməsi, struktur rəhbərləri ilə koordinasiya, ERP sistemində sənədləşmə, kütləvi işə qəbul layihələri və işə qəbul tədbirlərində iştirak daxildir.

Namizəd axtarışı və müsahibələrin keçirilməsi

  • İş elanlarının hazırlanması və paylaşılmasına dəstək
  • Aktiv namizəd axtarışı (platformalar, tövsiyələr, sosial media)
  • İlkin CV seçimi və müsahibəyə çağırılacaq namizədlərin müəyyənləşdirilməsi
  • İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi

Müsahibələrin planlaşdırılması və koordinasiya

  • Struktur rəhbərləri ilə müsahibələrin təşkil olunması
  • Namizədlərə təsdiqlərin göndərilməsi
  • Namizədlərlə yazışmaların və zənglərin təşkili
  • ERP sistemində namizədlərin statusunun yenilənməsi

Proseslərin və layihələrin idarə olunması

  • ERP sistemində vakansiyalara nəzarət və yenilənmə
  • Şirkətlər qrupu daxilində transferlərin idarə olunması
  • Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkili və icrasında iştirak
  • Təcrübə proqramları və Karyera sərgilərində iştirak

Sınaq müddətlərinin izlənilməsi və Təlimlərin təşkili

  • Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılmaq, təşkil etmək, həyata keçirmək və ERP sistemi üzərzində qeydiyyatını aparmaq.
  • Yeni əməkdaşların sınaq müddəti ərzində fəaliyyətinin izlənilməsi, struktur rəhbərləri ilə koordinasiyada qiymətləndirmə rəylərinin toplanmaq və təhlil etmək.
  • Sınaq müddətinin nəticələrinə əsasən əməkdaşın işə davamı, sınaq müddətinin uzadılması və ya əmək münasibətlərinin davam etdirilməməsi ilə bağlı prosesin tamamlamaq.

Analitika və hesabatlılıq

  • İşə qəbul göstəricilərinin izlənməsi və hesabatların hazırlanması
  • Namizəd mənbələrinin effektivliyinin qiymətləndirilməsi
  • İşə başlama müddətləri və keyfiyyət metrikləri üzrə hesabatlılıq

Karyera səhifələrinin idarə edilməsi

  • Sosial media üzərində Sinteks Karyera səhifələrinin dəstəklənməsi
  • Vizual və mətn kontentinin HR komandası ilə birlikdə hazırlanması
  • İşə qəbul prosesləri
  • Namizəd axtarışı və müsahibələr
  • ERP və sənədləşmə
  • Layihələr və tədbirlər
  • Hesabatlılıq və analitika

Professional Biliklər

  • İngilis dilində orta səviyyəli bilik
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • ERP sistemləri ilə işləmə bacarığı (üstünlükdür)

Təhsil

  • Ali təhsil (Biznesin idarə edilməsi, İnsan resurslarının idarə olunması üzrə üstünlükdür)

İş təcrübəsi:

  • İşə qəbul və ya HR sahəsində 1-3 il iş təcrübəsi (Təcrübə proqramları nəzərə alınır)

Professional Bacarıq və Kompetensiyalar

  • Müsahibə aparmaq bacarığı
  • Tədqiqat və araşdırma bacarığı
  • Yazılı və şifahi ünsiyyət bacarıqları
  • Diqqətlilik, nəticəyə fokus və zamanın idarə edilməsi
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.