İşin təsviri
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Sinteks Şirkətlər Qrupu “Mağaza Meneceri” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir.
- Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir.
- Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir.
- Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir.
- İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə).
- Mağazaya pos-materialları sifariş edir.
- Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir.
- Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir.
- Mağazanın iş qrafiki ilə işləməsini təmin edir.
- Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
- Mağazada təmizlik işlərinə nəzarət edir.
- Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir.
- Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
- Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir.
Professional Biliklər:
- Satışın təşkili
- MS Office Proqramları
- Rus dili yaxşı səviyyədə, İnglis dili arzuolunandır
Təhsil:
- Ali təhsil üstünlükdür
İş təcrübəsi:
- Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar
- İdarəetmə bacarıqları
- Liderlik
- Təşkilatçılıq
- Ünsiyyət bacarıqları
- Vaxtın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.