Marketinq Akkaunt Menecer

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Marketinq Akkaunt Menecer ona təhkim olunmuş brendlərin marketinq planlarının icrasına cavabdehdir. Bütün fəaliyyətlərin brend təlimatlarına, marketinq KPI-larına və biznes məqsədlərinə uyğunluğunu təmin edir. Birbaşa menecerin nəzarəti altında Marketinq Fəaliyyət Planları, Media Planları və kampaniya planları hazırlayır, hədəf auditoriyalara kompleks 360 dərəcə kampaniyalar vasitəsilə yönəlir. Bir sıra marketinq fəaliyyətlərini idarə edir və əməkdaşlıqla həyata keçirir, o cümlədən birbaşa mesajlaşma, rəqəmsal və ənənəvi reklam, PR, tədbirlər, aktivasiyalar, həmçinin influencerlər və təşkilatlarla əməkdaşlıq. Brendlərlə təşkilat arasında əsas əlaqələndirici şəxs kimi çıxış edir və media satınalmasını koordinasiya edir.

Vəzifə öhdəlikləri:

Marketinq Planlaşdırması və İcrası:

  • Təhkim olunmuş brendlər üzrə ətraflı marketinq fəaliyyət və media planları hazırlamaq,
  • Rəqəmsal, sosial media, e-mail, çap, açıq hava reklamı və tədbirlər daxil olmaqla, müxtəlif kanallar üzrə inteqrasiya olunmuş marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək,
  • Media satınalma prosesini idarə etmək, brend təlimatlarına uyğun olaraq marketinq materiallarının hazırlanması və çatdırılmasını nəzarətdə saxlamaq.

Kampaniyaların İdarə Edilməsi:

  • Kampaniyaların həyata keçirilməsini idarə etmək, daxili komandalar və xarici tərəfdaşlarla koordinasiyanı təmin etmək,
  • Kampaniyanın effektivliyini təhlil və monitorinq etmək, zərurət olduqda dəyişikliklər etmək,
  • Kampaniya büdcəsini idarə etmək, resurslardan səmərəli istifadəni təmin etmək və ROI-nin (investisiya gəlirliliyi) müsbət olmasına nail olmaq.

Müştəri İştirakı və Əməkdaşlıq:

  • Brend tərəfdaşları, daxili komandalar, müştərilər və təchizatçılar da daxil olmaqla, əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və saxlamaq,
  • Müştəri məmnuniyyətini, sədaqətini və əlaqəsini artırmaq məqsədilə tədbirlər, aktivasiyalar və kampaniyalar təşkil etmək,
  • Marketinq materialları və məzmunun yaradılması, hazırlanması və idarə olunmasını həyata keçirmək.

Professional biliklər:

  • Güclü layihə idarəetməsi və təşkilati bacarıqlar,
  • Əla kommunikasiya və insanlarla münasibət bacarıqları,
  • Peşəkar marketinq, kampaniya və büdcə planlaşdırma qabiliyyəti,
  • Rəqəmsal marketinq, məzmun yaradılması və ya data analitikası alətləri üzrə bacarıq,
  • Yaradıcı düşüncə və problem həll etmə bacarığı,
  • Sürətli və dinamik mühitdə işləmək və çoxsaylı prioritetləri idarə etmək bacarığı.

Təhsil:

  • Marketinq, Brend İdarəetməsi, Dizayn, Kommunikasiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi, və ya
  • Beynəlxalq marketinq, rəqəmsal marketinq, brend menecmenti və ya data analitikası üzrə sertifikatlar (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent), və ya
  • Ekvivalent iş təcrübəsi.

İş təcrübəsi:

  • Marketinq sahəsində minimum 5 il iş təcrübəsi, xüsusən kampaniya idarəçiliyi, rəqəmsal marketinq və ya akkaunt menecmenti üzrə təcrübə üstünlükdür,
  • Moda və ya yaradıcı sahədə təcrübə üstünlükdür,
  • Uğurlu marketinq kampaniyalarının idarə olunması və funksiyalararası komandalarla əməkdaşlıq üzrə sübut olunmuş nəticələr.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Akkaunt Menecer” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.