İşin təsviri
Sinteks Şirkətlər Qrupuna hal hazırda Satış təmsilçisi (NEXT, Mango, Deichmann) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada satışı həyata keçirmək və ticarət salonunda müştərilərə xidmət göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Ticarət salonunda müştərilərə xidmət göstərmək.
- Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
- Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
- Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.
İş şəraiti
- Əməkhaqqı: 500 Azn GROSS + Bonus
- İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət
Təhsil: Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə: Pərakəndə satış sahəsində 6 ay iş təcrübəsi arzuolunandır
Professional biliklər: Xüsusi bilik tələb olunmur
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Kollektivdə işləmə bacarığı
- Stressə davamlılıq
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.