İşin təsviri

Sinteks Şirkətlər Qrupunda “Satış təmsilçisi” vakansiyası aktivdir!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Satışı fəaliyyətini həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.

Vəzifələr:

  • Ticarət salonunda müştərilərə xidmət göstərmək.
  • Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
  • Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
  • Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
  • Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.

Namizədə dair tələblər:

  • Ünsiyyət bacarıqları
  • Kollektivdə işləmə bacarığı
  • Stressə davamlılıq
  • Məsuliyyət
  • Təhsil: Xüsusi təhsil tələb olunmur. (Ali təhsil arzuolunandır)
  • İş təcrübəsi: Moda brendləri üzrə satış sahəsində minimum 1 il iş təcrübəsi

Əmək haqqı: 775 AZN (gross) + satışdan bonuslar

Ünvan: Neftçilər pr.151, Port Baku Mall

Müraciət üçün Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq formu doldura bilərsiniz və ya +994512290677 (müraciətlər yanlız whatsapp üzərindən qəbul edilir).