İşin təsviri
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu telefon zənglərini cavablandırmaq, ofisə gələn şəxsləri qarşılamaq və istiqamətləndirmək, daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaqdır.
Vəzifə öhdəlikləri:
- Ofisə gələn şəxsləri qarşılayır, qeydiyyatdan keçirir və istiqamətləndirir.
- Telefon zənglərini cavablandırır və yönləndirir.
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparır və aidiyyəti üzrə çatdırılmasını təmin edir.
- İclas otaqlarını rezerv edir.
- Yeni əməkdaşlarin nəzarət-keçid qeydiyyatını aparır və məlumatı sistemə daxil edir.
Məsuliyyət sahəsi:
- Ofisə gələn şəxslərin qarşılanması
- Daxil olan və göndərilən sənədlər
- Telefon zənglərinin yönləndirilməsi
- İclas otaqlarının rezervasiyası
Professional biliklər:
- MS Office Proqramları
Təhsil:
- Ali təhsil üstünlükdür
İş təcrübəsi:
- Resepşionist vəzifəsində ən az 1 il təcrübə
Professional Bacarıq və Kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Stressin idarə edilməsi
- Problem həll etmə bacarıqları
- Zamanın idarə olunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı (Receptionist)” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.