Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel);
  • New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
  • PMS, (ACCA F3/F7) – sertifikatlarından birinin mütləq olması;
  • Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;
  • Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Nəticə yönümlü;
  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Mikro ERP proqramında işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • ƏDV, ÖMV, Əmlak, Muzdlu işlə əlaqədar Vahid bəyannamə hazırlanması və təqdim edilməsi;
  • Xərclərin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanması;
  • Vergi orqanlarından daxil olan məktubların, sorğuların cavablandırılması.Yoxlama zamanı tələb edilən sənədlərin hazırlanması və təqdim edilməsi;
  • Hər ayın sonunda debitor-kreditor hesablarının qalıqlarının uyğunluğunu yoxlamaq;
  • Təchizatçılara, podratçılara, işçilərə və dövlət qurumlarına ödəniş tapşırıqlarının düzgün hazırlanması;
  • Vergi, DSMF, İTS, cərimə və digər dövlət ödənişlərinin icrası;
  • Bank çıxarışlarının (statement) gündəlik və ya aylıq Micro proqramına işlənilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • 09:00\18:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A Masazır dairəsinin yaxınlığı

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Aparıcı mühasib” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.