İşin təsviri
- Ali təhsil (İT, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr).
- Rəqəmsal transformasiya, biznes analitika və layihə idarəetməsi sahələrində minimum 5 il təcrübə.
- TOGAF üzrə biliklər və arxitektura çərçivələri ilə iş təcrübəsi.
- BPMN ilə proses xəritələndirilməsi bacarıqları.
- ERP, CRM, DMS, Power BI kimi əsas biznes sistemləri ilə praktiki təcrübə.
- Aİ və RPA platformaları (UIPath) üzrə bilik və layihə icra təcrübəsi.
- Güclü analitik düşüncə, problem həll etmə və strukturlaşdırma bacarığı.
- Effektiv kommunikasiya c-level ilə və komanda ilə işləmə bacarıqları.
İş barədə:
- Şirkətin rəqəmsallaşma strategiyasına uyğun olaraq rəqəmsal transformasiya layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına rəhbərlik etmək.
- Mövcud biznes proseslərinin təhlili, xəritələndirilməsi və BPMN əsasında proses dizayn edilməsi və optimallaşdırılması.
- ERP, CRM, DMS və digər əsas sistemlərin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak və inteqrasiya mərhələlərinə nəzarət.
- Rəqəmsal platformalara keçid (digital platform transition) üzrə yol xəritələrinin hazırlanması, mərhələlərin idarə edilməsi və texniki komandalarla sıx əməkdaşlıq.
- RPA həllərinin tətbiqi üçün uyğun proseslərin müəyyən edilməsi və avtomatlaşdırma layihələrinin idarə edilməsi.
- Biznes tələblərinin toplanması, analizi və funksional spesifikasiyaların hazırlanması.
- Layihələr üzrə ROI, fayda və effektivlik analizlərinin aparılması, rəhbərliyə əsaslandırılmış hesabatların təqdim olunması.
- Xarici və daxili tərəfdaşlarla əməkdaşlıq edərək rəqəmsal həllərin tətbiqinə dəstək vermək.
İş vaxtının norması:
- 5 günlük növbəli iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında;
- Yemək şirkət tərəfindən.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Rəqəmsal transformasiya üzrə aparıcı mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.