İşin təsviri
Struktur vahidi: Mərkəzi anbar təsərrüfatı
Müəssisə: İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 113
Müqavilə növü: Müddətli
Əmək haqqı: 725 AZN/ay
Əlavə ödəniş: Hər iş gününə görə 5 AZN yemək pulu
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
İş şəraiti: Quruda
Keçid kodu: 18408/2025 EXT
🔹 VƏZİFƏNİN MƏQSƏDİ
Anbar təsərrüfatının səmərəli idarə olunmasını təmin etmək, mal-material qiymətlilərinin düzgün qəbulunu, saxlanmasını və verilməsini təşkil etmək, sənədləşmə və hesabat işlərinə nəzarət etmək.
🔹 ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Mal-material qiymətlilərinin qaimələrə əsasən qəbulunu və keyfiyyətinin yoxlanılmasını təmin etmək;
- Mədaxil və məxaric əməliyyatlarını düzgün sənədləşdirmək və uçotunu aparmaq;
- Mal-materialların anbarda düzgün yerləşdirilməsinə və inventarlaşdırılmasına nəzarət etmək;
- Anbarın təmizliyi, yanğına qarşı avadanlıqların saz vəziyyətdə saxlanılması və mühafizə rejiminin təmininə nəzarət etmək;
- Tələbnamələrə əsasən materialların məxaricini və istehsalat üçün fasiləsiz təminatı təşkil etmək;
- Anbar üzrə hesabat sənədlərinin hazırlanması və əlaqədar şöbələrə təqdim edilməsini təmin etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına riayət etmək.
🔹 TƏLƏBLƏR
Təhsil: Orta-ixtisas (müvafiq sahə üzrə)
Təcrübə: Orta-ixtisas təhsili ilə 3 il, ali təhsili olduqda 1 il iş təcrübəsi
Sertifikat: Tələb olunmur
🔹 BİLİK VƏ BACARIQLAR
- Anbar uçotu, mədaxil–məxaric sənədlərinin tərtibi və hesabat qaydaları;
- Əmtəə-maddi sərvətlərin çeşidlənməsi və yerləşdirilməsi prinsipləri;
- Yükləmə-boşaltma və inventarlaşma işlərinin təşkili;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları;
- SAP MM proqramı üzrə ilkin biliklər.
🔹 KOMPYUTER BİLİKLƏRİ
Microsoft Word | Microsoft Excel | Microsoft Outlook | SAP MM
🔹 FƏRDİ KEYFİYYƏTLƏR
Dürüstlük | Peşəkarlıq | Etik davranış | Məsuliyyətlilik | Yaxşı ünsiyyət bacarığı