İşin təsviri
(Lənkəran rayonu, Texniki istismar şöbəsi)
Müəssisə: Azəriqaz İB
İş yeri: Lənkəran rayonu
Müqavilə növü: Müddətli
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
Əmək haqqı və təminatlar
Əmək haqqı: 1212 AZN / aylıq
Hər faktiki iş gününə görə 5 AZN yemək pulu
Sığorta: Tibbi və həyat
Yataqxana və iş yerinə çatdırılma təmin olunmur
Əsas vəzifə öhdəlikləri
İstehsalatın elektrik enerjisi, buxar, qaz, su və digər enerji növləri ilə fasiləsiz təmin olunmasını təşkil etmək
Enerji ehtiyatlarının səmərəli istifadəsinə nəzarət etmək
Təmir və texniki işlər zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
Köhnəlmiş və təhlükəli avadanlıqları yeniləri ilə əvəz etmək
Heyət üçün təhlükəsizlik təlimatlarını hazırlamaq və tətbiq etmək
Texnoloji avadanlıqların saxlanması, təmiri və sınaqlarını təşkil etmək
Təmir edilmiş avadanlıqları istismara təhvil vermək
Əməliyyat göstərişləri vermək və sahə üzrə komissiyaların işində iştirak etmək
SOCAR-ın “Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni rəhbər tutmaq
Tələblər
Vətəndaşlıq: Azərbaycan
Ali təhsil (müvafiq sahə üzrə)
Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində ən azı 1 il iş təcrübəsi
Microsoft Word, Excel və Outlook bilikləri
Bilməlidir
Elektrik maşın, aparat, cihazların quruluşunu və elektrik sxemini
Elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını
Müxtəlif sistem releləri və elektrik mühərriklərinin sxemini və balanslaşdırılmasını
Elektrik avadanlıqlarına nəzarət, müdafiə vasitələrinin istifadəsi
Yüksək tezlikli maşınlar və generatorların iş prinsipləri
Nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi
Əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını