Böyük mühəndis – Azəriqaz İB (Gədəbəy rayonu)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Struktur vahidi: Müayinə və istismara qəbul xidməti
Ünvan: Gədəbəy şəhəri, H.Əliyev pr. 3
Əmək haqqı: 1090 AZN + hər iş gününə 5 AZN yemək əlavə
İş rejimi: Tam iş vaxtı (40 saat)
Müqavilə: Müddətli
İş şəraiti: Quruda
Yataqxana / Nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi və həyat


Vəzifə öhdəlikləri – Qısa

  • Qaz kəmərləri, boru xətləri və qaz qurğularının müayinəsi.
  • Qaz avadanlıqlarının texniki vəziyyətinə nəzarət.
  • Qaz təchizatı sistemində təhlükəli zonaların qiymətləndirilməsi.
  • Aşkar olunan nöqsanların aktlaşdırılması və istehlakçıya bildiriş.
  • Tikinti konstruksiyalarından keçən qaz xətlərində təhlükəsizlik tədbirlərinə nəzarət.
  • Havalandırma və tüstü bacalarının vəziyyətinin yoxlanılması.
  • Sertifikatlı qaz cihazlarının qurulmasına nəzarət.
  • Qaz sızmalarının müəyyən edilməsi və təhlükəli avadanlıqların şəbəkədən ayrılması.
  • Yeni obyektlərin sənədlərinə əsasən qeydiyyata alınması və istismara qəbul prosesində iştirak.
  • Qaz sayğaclarının quraşdırılmasının monitorinqi və plomblanması.
  • İstismara qəbul aktlarının hazırlanması və sistemə daxil edilməsi.
  • Texniki uyğunsuzluqlar barədə sifarişçiyə bildiriş.
  • Qaz açılışı zamanı təhlükəsizlik tələblərinə nəzarət.
  • Aylıq, rüblük, illik hesabatların hazırlanması.
  • Elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət.

Tələblər

Təhsil və təcrübə

  • Ali təhsil (müvafiq sahə üzrə – mühəndislik).
  • Minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə).

Səriştələr

  • Microsoft Word, Excel, Outlook
  • Məsuliyyət, nizam-intizam, etik davranış
  • Şifahi ifadə qabiliyyəti
  • Peşəkarlıq və dürüstlük

Bilməlidir

  • Qaz təchizatı və qazdan istifadə qaydaları.
  • Qaz təsərrüfatında texniki təhlükəsizlik normaları.
  • Qaz qurğularının quraşdırılması və istismarı üzrə tələblər.
  • Qaz sızmasının aşkar üsulları.
  • Sayğacların texniki xüsusiyyətləri və iş prinsipi.
  • Qaz itkilərinin növləri və qarşısının alınması yolları.
  • “Tikinti Norma və Qaydaları”.
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydaları.