İşin təsviri
Vakansiya: Böyük mühəndis (Kommersiya şöbəsi)
Müəssisə: Azəriqaz İB (SOCAR)
İş yeri: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 169
Müqavilə: Müddətli
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Əmək haqqı: 1212 AZN/ay + hər iş gününə 5 AZN yemək xərci
Əməyin ödənilmə dərəcəsi: 12
Sığorta: Tibbi və həyat
Keçid kodu: 19243/2026 EXT
Əsas vəzifələr
- Dəymiş ziyan aktlarının tərtibi, sənədləşdirilməsi və ödənişlərin təmin edilməsi;
- İstifadə olunmayan qaz sərfinin geri qaytarılması üzrə akt və hesablamalar;
- Smart və qeyri-işlək sayğaclar üzrə mənfi qaz sərfi hesabatlarının hazırlanması;
- Sayğacsız və qeyri-qanuni qaz istifadəsi üzrə aktlaşdırma və hesabatlılıq;
- Əhali və qeyri-əhali istehlakçıları üzrə şikayətlərin araşdırılması və həlli;
- EMTA ilə sənədləşmə və yazışmaların aparılması;
- Qaz təchizatı, tariflər, limitlər və borclar üzrə nəzarət;
- Ödəniş intizamına əməl etməyən obyektlərdə qaz verilişinin dayandırılmasının təmin edilməsi;
- Hesabatlarda aşkar edilən uyğunsuzluqların yerində araşdırılması və aktlaşdırılması;
- Şöbəyə metodiki rəhbərlik və komissiya işlərində iştirak.
Tələblər
- Azərbaycan vətəndaşlığı
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində minimum 1 il iş təcrübəsi
- Qazdan istifadə və texniki istismar üzrə normativ sənədləri bilmək
- MS Word, Excel, Outlook bilikləri
- Məsuliyyət, nizam-intizam, peşəkarlıq və etik davranış