İşin təsviri
Müəssisə: Azəriqaz İB (SOCAR)
İş yeri: Lənkəran şəhəri, Şəhidlər xiyabanı 169
Müqavilə: Müddətli
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Əmək haqqı: 1212 AZN/ay + hər iş gününə 5 AZN yemək xərci
Əməyin ödənilmə dərəcəsi: 12
Sığorta: Tibbi və həyat
Keçid kodu: 19248/2026 EXT
Əsas vəzifələr
- Qaz layihələrinin sxemlərinin tərtibi və layihələndirilməsi;
- Qaz infrastrukturu üzrə mühəndislik və layihə işlərinin koordinasiyası;
- Tikinti və əsaslı təmir proqramları üçün situasiya planlarının hazırlanması;
- Layihə cədvəllərinin hazırlanması, icrasına nəzarət və hesabatlılıq;
- Layihə şirkətlərinə texniki nəzarət və uyğunluğun yoxlanılması;
- Layihələr üzrə texniki dəstək, ekspertiza və keyfiyyətə nəzarət;
- GİS xəritələrinin hazırlanması, rəqəmsal məlumat bazalarının formalaşdırılması və yenilənməsi;
- Tikinti və əsaslı təmir işlərinin yerində monitorinqi və GİS-ə inteqrasiyası;
- Qaz şəbəkəsi obyektləri üzrə yerli qurumlarla razılaşdırmaların aparılması;
- Məktub və müraciətlərin cavablandırılması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət.
Tələblər
- Azərbaycan vətəndaşlığı
- Ali təhsil (müvafiq sahə üzrə bakalavr)
- Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində minimum 1 il iş təcrübəsi
- Qaz təchizatı, layihələndirmə və təhlükəsizlik üzrə normativ sənədləri bilmək
- Qaz xətlərinin sxemlərini oxuma bacarığı
- MS Word, Excel, Outlook bilikləri
- Məsuliyyət, nizam-intizam, peşəkarlıq və etik davranış