Böyük mühəndis (Mühəndislik və layihə şöbəsi)

İşin təsviri

Müəssisə: Azəriqaz İB (SOCAR)
İş yeri: Zaqatala şəhəri, F. Əmirov 1/11
Müqavilə: Müddətli
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Əmək haqqı: 1212 AZN/ay + hər iş gününə 5 AZN yemək xərci
Əməyin ödənilmə dərəcəsi: 12
Sığorta: Tibbi və həyat
Keçid kodu: 19264/2026 EXT

Əsas vəzifələr

  • Qaz layihələrinin sxemlərinin tərtibi və layihələndirilməsi;
  • Qaz infrastrukturu üzrə mühəndislik və layihə işlərinin koordinasiyası;
  • Tikinti və əsaslı təmir proqramları üçün situasiya planlarının hazırlanması;
  • Layihə cədvəllərinin hazırlanması, icrasına nəzarət və hesabatlılıq;
  • Layihə şirkətlərinə texniki nəzarət və uyğunluğun yoxlanılması;
  • Layihələr üzrə texniki dəstək, konsultasiya və texniki ekspertiza;
  • GİS xəritələrinin hazırlanması, rəqəmsal məlumat bazalarının yaradılması və yenilənməsi;
  • Qaz şəbəkəsinin tikintisi və əsaslı təmiri zamanı yerində monitorinq və GİS-ə inteqrasiya;
  • Qaz obyektləri üzrə yerli qurumlarla razılaşdırmaların aparılması;
  • Məktub və müraciətlərin cavablandırılması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.

Tələblər

  • Azərbaycan vətəndaşlığı
  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində minimum 1 il iş təcrübəsi
  • Qaz təchizatı, layihələndirmə və təhlükəsizlik üzrə normativ sənədləri bilmək
  • Qaz xətlərinin sxemlərini oxuma bacarığı
  • MS Word, Excel, Outlook bilikləri
  • Məsuliyyət, nizam-intizam, peşəkarlıq və etik davranış