İşin təsviri
Böyük mühəndis (Yükqaldırma üzrə)
📍 İş yeri: Bakı şəhəri (1,2,3,5 və 7 saylı Tikinti Quraşdırma bölümləri, DBMİB və ATB)
🏢 Müəssisə: Neftqaztikinti tresti
📅 Son müraciət tarixi: 30.04.2026
💰 Əmək haqqı: 1344 AZN
🍽️ Əlavə: Faktiki iş günlərinə uyğun gündəlik 5 AZN yemək xərci
🕒 İş rejimi: Tam iş vaxtı (40 saat)
📄 Müqavilə növü: Müddətli
🛡️ Sığorta: Tibbi və həyat sığortası
⚠️ Zərurət yarandıqda dəniz şəraitində işlərə cəlb oluna bilər.
Vəzifə öhdəlikləri
- Yükqaldırma əməliyyatlarının planlaşdırılması və təşkili
- Yükqaldırma planlarının hazırlanması və təsdiqinə nəzarət
- Avadanlıqların texniki uyğunluğunun və təhlükəsiz istifadəsinin təmin edilməsi
- Risk qiymətləndirilməsi və təhlükəsizlik təlimatlarının keçirilməsi
- Kran, tros, strop və digər yükqaldırma avadanlıqlarının düzgün seçilməsi
- Sertifikatlaşdırma, texniki baxış və sınaq proseslərinin təşkili
- Yükqaldırma əməliyyatlarının təhlükəsizlik qaydalarına uyğun icrasına nəzarət
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- OPITO mərhələ 3/4 Takelajçı və Yükqaldırma təlimi sertifikatı
- “Appointed Person” sertifikatı
Digər tələblər
- Yükqaldırma avadanlıqları və texniki istismar üzrə biliklər
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Analitik düşüncə, məsuliyyət və problem həll etmə bacarıqları