Dövr sayımı üzrə mütəxəssis

İşin təsviri

Ümumi məlumat:

Dövr sayımı üzrə mütəxəssis mərkəzi anbar inventarına müntəzəm şəkildə nəzarət edərək, balansda olan materialların təyin edilmiş cədvəlinə və müvafiq korporativ və şirkət qaydalarına əsasən yoxlanılması, balansda olan inventarın faktiki stokla uzlaşdırılması və digər aidiyyatı dövrü hesablama vəzifələrinin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri:

  • Vəzifənin əsas aspektlərinə tələb olunduqda SAP üzrə materialların idarə edilməsi əməliyyatlarının yoxlamağı və düzəlişı.
  • Bütün materialların anbara daxil edilməsi və çıxarılması üzrə əməliyyatların qanunvericilik və korporativ tələblərə uyğunluğunu.
  • Əsas anbarlarda fiziki sayımda iştirak etmək
  • Ehtiyatların dəqiqliyini yoxlamaq məqsədilə gündəlik, həftəlik və aylıq dövrü sayımların həyata keçirilməsi.
  • Anbar idarəetmə sistemində əməliyyatları nəzərdən keçirərək ehtiyat fərqliliklərini analiz etmək.
  • Maddələrin sayını və vəziyyətini dəqiq yoxlamaq və SAP vasitəsilə məlumatları düzəltmək.
  • Ehtiyat problemlərini həll etmək və əməliyyatların problemsiz aparılmasını təmin etmək üçün qəbul, göndəriş və inventar idarəetmə komandaları ilə əməkdaşlıq etmək.
  • Anbar yerlərinin təmiz və yaxşı təşkil olunmasını təmin etmək.
  • Lazım olduqda fiziki inventar sayımında və auditlərdə iştirak etmək.
  • Dövrü sayım nəticələri və fərqliliklər haqqında hesabatlar hazırlayıb müvafiq şəxslərə təqdim etmək.
  • Təyin edilmiş təhlükəsizlik prosedurlarına və anbar qaydalarına riayət etmək.
  • Ehtiyat fərqliliklərinin əsas səbəblərini müəyyən edib həll etmək.
  • Dəqiq inventar məlumatlarını daxil etmək və izləmək üçün SAP ERP sistemlərindən istifadə etmək.
  • Inventar dəqiqliyi üçün proseslərin təkmilləşdirilməsinə töhfə vermək.

Tələblər:

  • Biznesin idarə olunması və ya əlaqədar sahə üzrə dərəcə və / və ya kvalifikasiya (alternativ olaraq eyni sahədə minimum 5 il iş təcrübəsi)
  • Müvafiq sahədə təlimlər və sertifikatlara dair sübut təqdim etmək
  • Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi
  • SAP ERP (Materialların idarə edilməsi (MM) və avadanlıqlara texniki xidmət və təmir (PM) modulları) proqram təminatında işləmək bacarığı

Əlavə tələblər:

  • Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti
  • İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti
  • Müxtəlif komanda və şöbələrlə effektiv ünsiyyət qabiliyyəti
  • Multitasking bacarıqları
  • Uzun müddət ayaq üstə durmaq və gəzmək, sayım zamanı yüngül və orta çəkili əşyaları qaldırmaq qabiliyyəti.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.