Ekskavator maşinisti (Yevlax rayonu)

İşin təsviri

Keçid kodu: 17178/2025 EXT
Təşkilat: Nəqliyyat İdarəsi
Struktur: 1 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin 5 saylı Avtomobil Dəstəsi
Vəzifənin yeri: Yevlax rayonu
Müqavilə növü: Müddətli
Əmək haqqı: 5.28 AZN/saat + 5 AZN yemək xərci (faktiki iş günlərinə uyğun)
Əməyin ödənilmə dərəcəsi: 01
İş şəraiti: Quruda
İş rejimi: Tam iş vaxtı (həftəlik 40 saat)
Yataqxana / Nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi və həyat sığortası


Əsas vəzifə öhdəlikləri

  • 0.15 m³–0.4 m³ çalov tutumuna malik birçalovlu ekskavatorun idarə edilməsi
  • Müxtəlif tikinti və infrastruktur obyektlərində torpaq işlərinin görülməsi:
    • Avtomobil və dəmir yolu tikintisi
    • Suvarma və gəmiüzən kanallar
    • Dambalar, torpaq bəndləri, qoruyucu sahələr
    • Yeraltı kommunikasiya və xəndəklərin qazılması
    • Elektrik və kontakt şəbəkə dayaqları
    • Banket və kavalyer düzəldilməsi
    • Dağ-mədən və digər çətin sahələrdə torpaq işləri
  • Təhlükəsizlik texnikası, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət
  • İş yerinin təmiz və saz vəziyyətdə saxlanılması
  • Maddi vəsaitlərin və sənədlərin qorunması
  • Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək

Namizədə tələblər

Təhsil:

  • Təhsil pilləsi: Natamam orta təhsil
  • İxtisas: Müvafiq sahə üzrə

Təcrübə:

  • İş stajı: Minimum 3 il müvafiq sahədə

Sertifikatlar:

  • Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi:
    • T, TT, H, HT, HK, TK kateqoriyaları

Bacarıqlar və səriştələr

Texniki biliklər:

  • Ekskavatorların idarəetməsi və müxtəlif torpaq işləri üzrə praktiki bacarıq
  • Tikinti, yol və kommunikasiya işləri üzrə texniki biliklər
  • Yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmək
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi normaları

Səriştəliklər:

  • Məsuliyyətli yanaşma
  • Etik davranış
  • Şifahi özünüifadə
  • Mühakimə və qərarvermə
  • Konfliktlərin idarə edilməsi
  • Yeni bilik və bacarıqları öyrənmək qabiliyyəti