İşin təsviri
Vəzifə: Elektrik quraşdırıcısı (Güc şəbəkələri və elektrik avadanlıqları üzrə)
Keçid kodu: 17272/2025 EXT
Təşkilat: Neftqaztikinti tresti
Struktur vahidi: Elektrik avadanlıqlarının hazırlanması, quraşdırılması və təmiri sahəsi (1 saylı TQB)
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 41 C, məhəllə 2922
Əmək haqqı: 4.80 AZN/saat + gündəlik 5 AZN yemək xərci + 4% zərərli əmək şəraiti əlavəsi
Əmək müqaviləsi: Müddətli
Əmək ödəniş dərəcəsi: 04
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
İş şəraiti: Quruda
Yataqxana və nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi və həyat sığortası
Elanın bitmə tarixi: 23.05.2025
VƏZİFƏ ÖHDƏLİKLƏRİ (ƏSAS FUNKSİYALAR)
- Elektrik təhlükəsizliyi qaydalarına riayət
- Elektrik avadanlıqlarının və yarımstansiyaların quraşdırılması
- Avadanlıqların texniki baxışı və təmiri
- Korroziyadan qoruma və qəza qarşısı tədbirləri
- Təhvil-təslim sənədlərinin aparılmasında iştirak
- Sahə abadlığı və metal tullantılarının idarə olunması
TƏLƏBLƏR
- Vətəndaşlıq: Azərbaycan
- Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə)
- İş təcrübəsi: Tələb olunmur
- Sertifikatlar: 4 sertifikat (müvafiq ixtisas kursları üzrə)
SƏRİŞTƏLİK VƏ BACARIQLAR
- Dürüstlük və etik davranış
- Keyfiyyət yönümlülük
- Məsuliyyət, peşəkarlıq və nizam-intizam
- Elektrik avadanlıqlarının istismarı, baxışı, təmiri və quraşdırılması
- Elektrik xətlərinin çəkilməsi
- Əməyin təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları
- ƏMTT təlimatları və daxili normativ sənədlərlə işləmə bacarığı
- Yanğınsöndürmə üsulları və avadanlığın istifadəsi
BİLMƏLİDİR
- 10 kV-dan yüksək gərginlikli güc kabellərinin hazırlanması və quraşdırılması üsulları
- Elektrik-texniki qurğuların quruluşu və istismara təhvil verilmə qaydaları
- Partlayış təhlükəli zonalarda iş təhlükəsizliyi qaydaları
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları