Emalatxana işləri üzrə çilingər

İşin təsviri

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 – cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra etmək məsuliyyəti daşıyır.

Vəzifə öhdəlikləri:

SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;

Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;

İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləmək;

Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;

Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;

İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;

Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;

Emalatxanada ona təhkim edilmiş dəzgahın iş prinsiplərini ,dəzgahda təhlükəsiz iş qaydalarını bilməlidir;

Metal və qeyri metalları xüsusiyyətlərini bilməli və uyğun alət və tərtibatlardan istifadə etməlidir;

Alətlərin cilalanaraq itilənməsi , sıxıcı başlığa bərkidilməsi və müxtəlif burğu və yivaçma əməliyyatların tətbiq etməlidir;

Armaturların dəzgaha bərkidilməsi . sınaq təzyiqinə uyğun test edilməsi, təmiri və tənzimlənməsi və müvafiq sənədləşmənin təşkilində iştirak etmək;

Fırlanan avadanlıqların rotor hissəsinin balans dəzgahına yerləşdirilməsi,balans olunacaq rotorun parametrlərin daxil edilməsi , İSO1940, TSE 2576 standartlarına uyğun olaraq balans keyfiyyət dərəcəsinin avadanlığın tipinə uyğun seçilməsi,balans nəticəsi haqqında hesabat sənədlərinin hazırlanması;

Torna emalatxanasında hazırlanacaq detallar üçün metal və qeyri metal pəstahların doğrama dəzgahında kəsilməsi;

Tabe olduğu birbaşa rəhbərin göstərişi əsasında işi beynəlxalq standartlara uyğun və təhlükəsiz yerinə yetirməlidir.

Tələblər:

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

Orta-ixtisas təhsili (peşə məktəbi, texniki peşə təhsili və ya ali məktəb);

Bütün sahələrdən təhvil alınmış dinamik və statik avadanlıqları torna dəzgahında hazırlamaq və təmirə dəstək vermək bacarığı;

Hazırlanacaq detalın eskizini, çertyojunu və ya nümunəsini incələmək bacarığı;

Burğu, pnevmatik və hidravlik sınaq dəzgahı, balans dəzgahı kimi avadanlıqların iş prinsipini bilmək və səmərəli istifadə etmək bacarığı;

Nizam-intizamlı və kollektiv iş mühitinə uyğun olmaq;

Problem həll etmə bacarığına malik olmaq.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.