Hüquq məsləhətçisi (Hüquq və uyğunluq şöbəsi)

Dünən
988

İşin təsviri

Müəssisə: Azəriqaz İB (SOCAR)
İş yeri: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 169
Müqavilə: Müddətli
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Əmək haqqı: 988 AZN/ay + hər iş gününə 5 AZN yemək xərci
Əməyin ödənilmə dərəcəsi: 10
Sığorta: Tibbi və həyat
Keçid kodu: 19254/2026 EXT

Əsas vəzifələr

  • Qanunvericiliyə əməl olunmasına nəzarət və hüquqi məsləhətlərin verilməsi;
  • İntizam və maddi məsuliyyətlə bağlı sənədlərə hüquqi rəyin hazırlanması;
  • Əmək intizamı, kollektiv müqavilə və daxili normativ sənədlərin hazırlanmasında iştirak;
  • Debitor və kreditor borcları üzrə hüquqi tədbirlərin görülməsi;
  • Əmr, müqavilə, protokol və digər hüquqi sənədlərin hazırlanması və hüquqi izahı;
  • Məhkəmələrdə və hüquq-mühafizə orqanlarında İdarənin maraqlarının müdafiəsi;
  • Məhkəmə qərarlarının icrasının təmin edilməsi və nəticələrin təhlili;
  • Müqavilələrin hüquqi ekspertizası və debitor borclar üzrə iddiaların hazırlanması;
  • Şöbəyə daxil olan sənədlərin vaxtında icrasına nəzarət;
  • Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət.

Tələblər

  • Azərbaycan vətəndaşlığı
  • Ali hüquqi təhsil
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi
  • AR Konstitusiyası, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrini bilmək
  • Kargüzarlıq və müqavilə hüququ üzrə biliklər
  • MS Word, Excel, Outlook bilikləri
  • Məsuliyyət, dürüstlük, peşəkarlıq və etik davranış