Hüquq və uyğunluq üzrə böyük məsləhətçi

22 İyul 2025

İşin təsviri

SDM-in və SDM-in idarəetməsinə verilmiş müəssisələrin fəaliyyətinin qanunvericiliyə uyğun təşkil edilməsində iştirak etmək, hüquq və maraqlarını qorumaq, uyğunluq (compliance) sahəsinə dair aidiyyəti tədbirləri görmək, icrası məcburi qərarların (məhkəmə və icra orqanların qərarları) icrasında, hüquqi xarakterli sənədlərin hazırlanmasında, sənəd layihələrinin qanuna uyğunluğunun yoxlanılmasında, eləcə də Müəssisələrin fəaliyyəti ilə əlaqədar yaradılan komissiyaların, işçi qrupların işində iştirak etmək.

Vəzifə öhdəlikləri:

  • Xətti rəhbərin göstərişi əsasında Müəssisələrin təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və aidiyyəti üzrə dövlət qrumuna təqdim etmək;
  • Xətti rəhbərin göstərişinə əsasən Müəssisənin fəaliyyətində qanunvericiliyin tədbiqi ilə bağlı təqdimatlar və arayışlar hazırlamaq;
  • Öz vəzifə səlahiyyətləri çərçivəsində/daxilində Müəssisənin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə təsisçi(ləri)/idarəetmə orqanı (xətti rəhbərin göstərişi ilə), komitələri, komissiyaları, struktur bölmələri/disiplinləri, əməkdaşları tanış etmək, carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə dair rəy vermək;
  • Müəssisənin aidiyyəti struktur bölməsi tərəfindən Müəssisənin mülkiyyət, istifadə və digər hüquqlarını (daşınar və daşınmaz əmlak, patentlər və s.) müvafiq qaydada dövlət qeydiyyatına alınması işinə (texniki sənədlər istisna olmaqla, hazırlanmış sənəd paketlərinə hüquqi rəy vermək) dəstək göstərmək;
  • İşçi işini qüvvədə olan qanunvericiliklərə və Müəssisədə mövcud olan prosedurlara, eləcədə rəhbərin verdiyi tapşırıqları uyğun icra etməlidir.

Tələblər:

  • Azərbaycan Respublikasının ali təhsil müəssisəsində hüquqşünaslıq ixtisası üzrə magistr, bakalavr və ya orta ixtisas təhsilli hüquqşünas diplomuna və ya xarici dövlətdə təhsil sahəsində hüquqşünas ixtisas və dərəcə üzrə alınmış sənədin Azərbaycan Respublikasında tanınmasına (Nostrifikasiya) dair sənədə sahib olmaq.
  • Magistr dərəcəsi olan üçün – tələb olunmur;
  • Bakalavr dərəcəsi olan üçün – 3 ildən az olmamaqla hüquqşünas (hüquq məsləhətçisi) stajına malik olmaq;
  • Mövcud qanunvericiliyin tələblərini bilmək, məhkəmələrdə müəssisəni sərbəst təmsil etmə səriştəliyinə malik olmaq, gərgin iş qrafikinfdə işləməyi bacarmaq, uyğunluq sahəsinin tənzimlənməsinə dair aidiyyəti tədbirlərin görmək qabiliyyətinə malik olmaq, analitik və çevik qərarlar qəbul etmək bacarığı, tabe olduğu rəhbərlərin göstərişlərinin icrasını vaxtında təmin edilməsini bacarmaq, hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmağı bacarmaq,

Əlavə tələblər:

  • Kompüterdə işləmək bacarığı (Word, Excel, Power Point, Access, Outlook, Internet və s.)
  • Azərbaycan dilini mükəmməl bilmək. Rus və ingilis dillərini sərbəst ünsiyyət və yazışmaq səviyyəsində bilmək arzuolunandır.
  • Ünsiyyət qabiliyyəti, komandada işləməyi bacarmaq, məsuliyyətlilik, diqqətlilik, əlaqələndirmə bacarığı.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.